"Rayonlarda insan qalmayıb, hamısı sosial verilişlərə gəlir"

"Bu sözüm çoxlarına xoş gəlməyəcək. Hansı kanalı açırsansa, yalnız sosial verilişlər görürsən. Rayonlarda, kəndlərdə insan qalmayıb, hamısı bu proqramlara gəlir. Verilişlərin adları və aparıcıları dəyişir, amma məzmunları eynidir, insan bezir. Əvvəllər mən özüm də o verilişlərdə iştirak edirdim, indi isə o proqramlara getmirəm və getmək də istəmirəm. Çünki orada çox ağır mühit var".

 

Sfera.az bildirir ki, bu sözləri Əməkdar artist Hicran Nəsirova "Gün işığında" verilişində deyib. Aktrisa hazırda yayımlanan verilişlərdən şikayət edib:

 

"1980-1990-ci illərdə teatrlara, aktyorlara, filmlərə həsr olunan verilişlər var idi, insanları savadlandırırdı. Belə verilişlər olsun. Elə bil ki, onların yaşadıqları yerlərdə polislər, icra hakimiyyəti, vəkil, bələdiyyə işləmir. Hamı hücum edir bu verilişlərə. İş o yerə gəlib çatıb ki, şikayətçi verilişə gəlir, aparıcıya, qonaqlara hücum çəkir. Sanki hamı o şikayətçilərə borcludur". (axsam.az)


OXŞAR XƏBƏRLƏR

Belə məğlub olmağa layiq deyildik - Qurbanov

Bu gün 0:3 hesabı ilə uduzmağa layiq deyildik.   Sfera.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərə təmsilçis...

XİN-dən 27 sentyabrla bağlı paylaşım

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) X hesabında Vətən müharibəsinin başlanmasının 4-cü ildönümü ilə bağlı paylaşım edib.   Sfera....

Ölkənin baş iqtisadçısı sosial şəbəkədə Si Cin Pini tənqid etdikdən sonra yoxa çıxıb

Çində hökumətin beyin mərkəzinin aparıcı çinli iqtisadçısı yoxa çıxıb. Sfera.az bildirir ki, hökumətin analitik mərkəzinin eksperti Zhu Hengpeng “WeC...

Ədviyyatları seçərkən bunlara diqqət edin - Mixək, zəfəran...

Mağazalarda satılan ədviyyatları seçərkən bir qədər ehtiyatlı olmaq lazımdır. Bütün ədviyyatlar insan üçün tamamilə zərərsiz və ya faydalı ola bilməz.  ...

Daşkəsəndə səfərbərlik şöbəsinin rəisi həbs edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Daşkəsən rayon şöbəsinin rəisi, mayor Anar Əsgərov Azərbaycan Respublikası Hərbi Prokurorlu...

“Qarabağ” “Tottenhem”ə məğlub oldu - YENİLƏNDİ

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsində mübarizəyə başlayır.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi yeni formatda keçirilən yar...