Deputat: DTX ölkənin aparıcı orqanlarından biridir

Deputat: DTX ölkənin aparıcı orqanlarından biridir

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib.

 

Sfera.az xəbər verirki, mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidməti ölkənin aparıcı orqanlarından biridir:

 

“Azərbaycan müstəqillik əldə etdikdən sonra bu sahə də böyük inkişaf yolu keçib. Əsasən 44 günlük Vətən müharibəsi və ondan əvvəlki dövrdə bu xidmət özünün tam peşəkarlığı ilə fərqlənib.

 

DTX-nin yeni istifadəyə verilmiş inzibati binalarının açılış mərasimində Prezident İlham Əliyevin iştirak etməsi zamanı burada nümayiş olunan texniki avadanlıqlar, xüsusi əməliyyatların idarə olunması, müşahidə edilməsi üçün yaradılan otaqlar onu göstərir ki, bu xidmət müasir dövrlə ayaqlaşır və yeni çağırışlara layiqincə cavab verir.

 

Müharibə dövründə də sözügedən orqanın necə saat dəqiqliyi ilə çalışdığının şahidi olduq. Separatçıların ifşa olunması, onların tutularaq Bakıya gətirilməsi, bölgədə aparılan məxfi işlər DTX-nin peşəkarlığına dəlalət edir.

 

Həmin orqan dövlətimizin qarşısında duran problemlər, gələcək inkişafımız, eləcə də müasir dövrdə terror və təhdidlərin baş alıb getdiyi vaxtda ölkəmizin təhlükəsizliyi üçün fəaliyyətini müvəffəqiyyətlə davam etdirəcək”.


OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda pik saatlarda eskalator niyə işə salınmır? - RƏSMİ AÇIQLAMA

Bakı metrosunun stansiyalarındakı eskalatorların bəziləri işə salınmır, bu da günün pik saatlarında sıxlığa səbəb olur.   Sfera.az- ın verdiyi xəbərə...

Belə məğlub olmağa layiq deyildik - Qurbanov

Bu gün 0:3 hesabı ilə uduzmağa layiq deyildik.   Sfera.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərə təmsilçis...

XİN-dən 27 sentyabrla bağlı paylaşım

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) X hesabında Vətən müharibəsinin başlanmasının 4-cü ildönümü ilə bağlı paylaşım edib.   Sfera....

Ölkənin baş iqtisadçısı sosial şəbəkədə Si Cin Pini tənqid etdikdən sonra yoxa çıxıb

Çində hökumətin beyin mərkəzinin aparıcı çinli iqtisadçısı yoxa çıxıb. Sfera.az bildirir ki, hökumətin analitik mərkəzinin eksperti Zhu Hengpeng “WeC...

Ədviyyatları seçərkən bunlara diqqət edin - Mixək, zəfəran...

Mağazalarda satılan ədviyyatları seçərkən bir qədər ehtiyatlı olmaq lazımdır. Bütün ədviyyatlar insan üçün tamamilə zərərsiz və ya faydalı ola bilməz.  ...

Daşkəsəndə səfərbərlik şöbəsinin rəisi həbs edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Daşkəsən rayon şöbəsinin rəisi, mayor Anar Əsgərov Azərbaycan Respublikası Hərbi Prokurorlu...