Dekabrda 18 dərəcə şaxta olacaq - HAVA PROQNOZU

Dekabrda 18 dərəcə şaxta olacaq - HAVA PROQNOZU

Dekabr ayında gözlənilən hava şəraiti açıqlanıb. 

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

 

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

 

Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, mülayim cənub-şərq küləyinin arabir güclənəcəyi gözlənilir.

 

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

 

Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın olacağı, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə isti olacağı gözlənilir.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-34 mm).

 

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

 

Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti olacağı gözlənilir.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 14-35 mm).

 

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

 

Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-30 mm).

 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

 

Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 7-12 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta olacağı gözlənilir.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 25-27 mm).

 

Qazax, Gəncə, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

 

Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti olacağı gözlənilir.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 13-32 mm).

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

 

Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 24-48 mm).

 

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

 

Gecələr havanın temperaturu gecə 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə isti olacağı gözlənilir.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-32 mm).

 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 5-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

 

Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, dağlarda gecə 3-8 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 6 dərəcəyədək isti olacağı gözlənilir.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 45-106 mm).

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda pik saatlarda eskalator niyə işə salınmır? - RƏSMİ AÇIQLAMA

Bakı metrosunun stansiyalarındakı eskalatorların bəziləri işə salınmır, bu da günün pik saatlarında sıxlığa səbəb olur.   Sfera.az- ın verdiyi xəbərə...

Belə məğlub olmağa layiq deyildik - Qurbanov

Bu gün 0:3 hesabı ilə uduzmağa layiq deyildik.   Sfera.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərə təmsilçis...

XİN-dən 27 sentyabrla bağlı paylaşım

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) X hesabında Vətən müharibəsinin başlanmasının 4-cü ildönümü ilə bağlı paylaşım edib.   Sfera....

Ölkənin baş iqtisadçısı sosial şəbəkədə Si Cin Pini tənqid etdikdən sonra yoxa çıxıb

Çində hökumətin beyin mərkəzinin aparıcı çinli iqtisadçısı yoxa çıxıb. Sfera.az bildirir ki, hökumətin analitik mərkəzinin eksperti Zhu Hengpeng “WeC...

Ədviyyatları seçərkən bunlara diqqət edin - Mixək, zəfəran...

Mağazalarda satılan ədviyyatları seçərkən bir qədər ehtiyatlı olmaq lazımdır. Bütün ədviyyatlar insan üçün tamamilə zərərsiz və ya faydalı ola bilməz.  ...

Daşkəsəndə səfərbərlik şöbəsinin rəisi həbs edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Daşkəsən rayon şöbəsinin rəisi, mayor Anar Əsgərov Azərbaycan Respublikası Hərbi Prokurorlu...