“Ona dedim ki, efirdə səni açıq-saçıq görsəm…” – Şəbnəm Tovuzlunun atası + VİDEO

“Ona dedim ki, efirdə səni açıq-saçıq görsəm…” – Şəbnəm Tovuzlunun atası + VİDEO

“Şəbnəm uşaqlıqda “kepkanı” (papağı – red.) başına qoyurdu, kostyum geyinirdi. Tovuzun bu ərazisində birincə şalvar geyinən qızım olub. Şəbnəm 2-3 yaşından sonra ətək yox, yalnız şalvar geyinib. O, oğlan tərzində geyinib. Mən ona sərbəstlik vermişəm. Şəbnəm arxasız uşaq olub. O, qazandığı hörmətin hamısını dizlərini yerə qoyaraq, iməkləyərək əldə edib”. 

 

Sfera.az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlunun (Əsədova) atası Ələddin Əsədov “İncə səhər” verilişinə müsahibəsində deyib.

 

Hələ də qızının geyiminə müdaxilə etdiyini söyləyən sənətçinin valideyni bildirib ki, efirlərin birinə geyindiyi qısa ətəyə görə onu danlayıb:

 

“Qızım Şəbnəm əlinə mikrofon alanda, ona bircə kəlimə söz dedim ki, “Əlində mikrofon səni hansı efirdə açıq-saçıq görsəm, üzünə darvazanı açmayacağam”.

 

Heç onu açıq-saçıq geyimdə görmüsünüz?

 

"Yox! Onun geyiminə qarışıram. Həyatda varamsa, onun valideyniyəm. Bir dəfə ona geyimi ilə bağlı iradımı bildirmişəm. Qonşunun televizorunda efirə baxırdıq. Gördüm ki, əyninə geyindiyi ətək biraz qısadır. Qonşunu çağırdım, söylədim ki, Şəbnəmə zəng et. Təxminən bildim ki, efirdən çıxıb evinə çatıb. Qonşuya dedim ki, Şəbnəmə desin ki, əyninə geyindiyi ətək çox xoşuma gəldi. Bir də onu əynindən çıxarmasın. Bununla da məsələyə nöqtə qoydum. Sətiraltı sözümü dedim. Qazanın ağzına qapaq qoyuldu”.


OXŞAR XƏBƏRLƏR

Bakıda 29 yaşlı gənc dəm qazından boğuldu

Bakıda 29 yaşlı gənc dəm qazından boğulub.   Sfera.az-ın  məlumatına görə, 1996-cı il təvəllüdlü Şahruz Tapdıqov yaşadığı evində dəm qazınd...

Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti bərpa ediləcək

Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti mayın sonunda bərpa ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə Gürcüstan hökumətindəki mən...

Hindistan Pakistan təyyarələri üçün hava məkanını bağlayır

Hindistan hava məkanını bütün Pakistan təyyarələri üçün bağlayıb.   Sfera.az xəbər verir ki, bu haqda NOTAM aviasiya bildirişində məlumat verilib. ...

Xalq rəssamı Rafiz İsmayılov vəfat etdi

Görkəmli kino və dekor rəssamı, Azərbaycanın Xalq rəssamı Rafiz İsmayılov vəfat edib.   Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat v...

Fərid Şahbazlı: “Bakı və Tehran qarşılıqlı etimada əsaslanan siyasət nümayiş etdirdi”

“İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana rəsmi səfəri Azərbaycan–İran münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün real ...

Prezidentin yük maşınını idarə etdiyi anın - VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Sumqayıt Kimya Sənaye Parkında “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsus...