"Qızları ona görə evləndirirlər ki, evdə bir boğaz azalsın" - Qalmaqallı psixoloq

“Qadınlar niyə pullu kişiyə üstünlük verir?” yerinə, “Qadınlar niyə pullu kişiyə üstünlük verməsin ki?” sualını verməliyik. Əgər bir qadın kişidə istədiyi meyara fikir verib istədiyi meyara güzəştə getməlidirsə, niyə bunun müzakirəsini aparmaq lazım olsun? Emosional bağı araşdıranda onun 4 qolundan birinin “financial support”, yəni maliyyə dəstəyi olduğunu görə bilərik və bu cütlüklər arasında müəyyən bir əlaqə yaradır. Təsəvvür edin ki, siz bir yerə 100 manat, digər bir yerə isə 20 min manat xərcləmisiniz. Əlbəttə, ikinci yerdən imtinaetmə şansınız daha azdır. Çünki bunu istəməzsiniz. Doğrudur, maddiyat münasibətlərdə müəyyən rol oynayır. Lakin əsas yeri tutmur. Həyatın içində pul məsələləri varsa, münasibətlərimiz də yaşadığımız həyatın bir parçasıdırsa, ona görə də bu kimi məsələlərdə maddiyatın olması çox normaldır. Sadəcə hər kəs özünün və qarşı tərəfin imkanını bilməli, buna görə nəyəsə iddia etməlidir”.

 

Sfera.az bildirir ki, bu sözləri psixoloq Əfsanə Rüstəmova Yenisabah.az-a açıqlamasında deyib.

 

Psixoloq bildirib ki, insanlarda pulla bağlı məsələlərə qarşı nifrət var:

 

“Əslində biz bu məsələdə bir az əvvələ gedib, oradan düşünməyə başlamalıyıq ki, Azərbaycanda qızları nə üçün evləndirirlər? Evdən bir boğaz əksilsin deyə. Demək ki, qızlar ailədə daha çox maddi yük sayılır. Bu səbəbdən onların ərə getməsi maddi öhdəliklərinin başqa birinə həvalə olunması mənasına gəlir. Bu məntiqlə baxanda qızın evləndiyi adam onun maddi öhdəliklərini qarşılaya biləcək şəxs olmalıdır. Adətən insanlarda pul ilə bağlı məsələlərə qarşı nifrət var. Ona görə də belə müzakirələrdə olduqca kəskin və qeyri-etik yanaşmalardan istifadə edirlər.

 

“Pullu kişi” ifadəsi isə insana görə dəyişir. Kimə görə 100 manat çox böyük bir puldur, ancaq digər adam üçün 10 min manat olduqca az məbləğ hesab oluna bilər.

 

Bu anlayış nisbidir. Biz bu ifadələrlə hansısa yerə çata bilmərik. Ancaq cəmiyyətdə evlənmənin və münasibət qurmanın meyarları üstündə bir az daha düşünsək, yəni insanlar bu mövzunun motivini tapıb, özlərinə niyə sualını verə bilsələr, tapacağımız cavablara görə məsələnin həllini müəyyənləşdirə bilərik”.


OXŞAR XƏBƏRLƏR

Belə məğlub olmağa layiq deyildik - Qurbanov

Bu gün 0:3 hesabı ilə uduzmağa layiq deyildik.   Sfera.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərə təmsilçis...

XİN-dən 27 sentyabrla bağlı paylaşım

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) X hesabında Vətən müharibəsinin başlanmasının 4-cü ildönümü ilə bağlı paylaşım edib.   Sfera....

Ölkənin baş iqtisadçısı sosial şəbəkədə Si Cin Pini tənqid etdikdən sonra yoxa çıxıb

Çində hökumətin beyin mərkəzinin aparıcı çinli iqtisadçısı yoxa çıxıb. Sfera.az bildirir ki, hökumətin analitik mərkəzinin eksperti Zhu Hengpeng “WeC...

Ədviyyatları seçərkən bunlara diqqət edin - Mixək, zəfəran...

Mağazalarda satılan ədviyyatları seçərkən bir qədər ehtiyatlı olmaq lazımdır. Bütün ədviyyatlar insan üçün tamamilə zərərsiz və ya faydalı ola bilməz.  ...

Daşkəsəndə səfərbərlik şöbəsinin rəisi həbs edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Daşkəsən rayon şöbəsinin rəisi, mayor Anar Əsgərov Azərbaycan Respublikası Hərbi Prokurorlu...

“Qarabağ” “Tottenhem”ə məğlub oldu - YENİLƏNDİ

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsində mübarizəyə başlayır.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi yeni formatda keçirilən yar...