Valideynlərin övladları ilə bağlı bilməli olduqları VACİB MƏQAMLAR

Valideynlərin övladları ilə bağlı bilməli olduqları VACİB MƏQAMLAR

Təlim və tərbiyə bir-biri ilə vəhdət təşkil edir. Pedaqogikadan da məlum olduğu kimi hər uşağın fərqli psixologiyası var. Hər yaş mərhələsi bir-biri ilə bağlılıq təşkil edir.

 

Bəs, uşaqların təlim-tərbiyəsi ilə bağlı valideynləri narahat edən əsas məsələlər nələrdir?

 

Mövzu ilə bağlı sfera.az-a danışan psixoloq Gülər Məmmədova bildirib ki, “Oxuyana şokolad, oxumayana şapalaq” yanaşması təəssüf ki, bu gün bəzi ailələrdə ən önəmli ”tərbiyə metodu” kimi qəbul edilir. Bu, tamamilə yanlış yanaşmadır.  “Oxu sənə onu alacam, bu iş üçün sənə icazə verəcəm”, – deyə-dəyə gələcək üçün rüşvətxor insanlar hazırlayırlar.

 

"Valideynlər övlarının oxumaqdan nə kimi gözləntiləri olduğunu dəqiqləşdirməlidirlər. Yəqin ki, sizə fərqli cavablar veriləcək. Burada üç cavab eşidəcəksiniz. 1-ci qrup uşaqlar “filan peşəyə sahib olacam” deyənlərdir ( bu uşaqlarda ilkin məqsəd var və bunun üçün onlara dəstək olmalısınız ). 2-ci qrup uşaqlar nə olacağını bilmir. Düşünün, bir yol gedirsiniz , amma məqsəd yoxdur. Məqsədsiz yeriyən insanlar çox tez yorulur. 3-cü qrup uşaqlar isə deyəcəklər ki, oxuyub adam olacam. Bu isə ən dəhşətli cavabdır. Onlara izah edin ki , oxumadan da adam olmaq olur. Söylənməsi gərəkən isə “oxuyub adam olacam yox , oxuyub adamların həyatın yaxşıya doğru dəyişəcəm” olmalıdır.

 

P‌sixoloq bildirib ki, bu gün əksər valideyinlərdə bir düşüncə var: “Getmə gözümdən, gedərəm özümdən “. Bu düşüncə ilə uşaq böyüdülür. Heç bir yerə getməsinə, tək iş görməsinə , öz ayağı üstündə durmağına heç zaman imkan yaradılmır .

 

"Həmin uşaq böyüyür. Valideyn nəzarətindən qopur. Uşaqlıqda dada bilmədiyi edə bilmədiyi hər şeyi birdən etməyə başlayır. Bu çox mənfi hadisələrə səbəb olur"-deyə, psixoloq fikirlərini sonlandırıb.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...