“AzərEnerji” zəlzələ olan ərazilərlə bağlı açıqlama yaydı

“AzərEnerji” zəlzələ olan ərazilərlə bağlı açıqlama yaydı

Bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4,5 gücündə qeydə alınan zəlzələdən sonra “AzərEnerji” ASC-nin mütəxəssisləri tərəfindən bu şəhərdə yerləşən istilik elektrik stansiyası, su elektrik stansiyası və yarımstansiyalara baxış keçirilib.

 

Bu barədə Sfera.az-a "AzərEnerji" ASC-nin mətbuat xidməti məlumat verib.

 

Bildirilib ki, bu ərazilərdə heç bir problem qeydə alınmayıb.


OXŞAR XƏBƏRLƏR