FHN bugünkü zəlzələ ilə bağlı açıqlama yaydı – Neçə bal gücündə olub, dağıntı varmı?

FHN bugünkü zəlzələ ilə bağlı açıqlama yaydı – Neçə bal gücündə olub, dağıntı varmı?
Kateqoriya məlum deyil
T

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4.5 maqnituda zəlzələ qeydə alınıb. 

 

Bu barədə Sfera.az-a FHN-dən bildirilib.

 

Zəlzələ Mingəçevir , Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.
 

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR