Gənclər kriminal aləmə niyə meyillənir? – Sosioloqdan AÇIQLAMA

Gənclər kriminal aləmə niyə meyillənir? – Sosioloqdan AÇIQLAMA

Mütəxəssislər hesab edirlər ki, ailədə sıxışdırılan və təzyiqə məruz qalan oğlan uşaqları cinayətkar aləmə meyillənirlər. Burada isə yalnız ailə faktoru deyil, digər səbəblər də mühüm rol oynayır.

 

Bu barədə Sfera.az-a danışan sosioloq Sahib Altay düşünür ki, davranışlara təsir edən 4 mühüm faktor var:

 

"Başlıca amil şəxsi keyfiyyətlərdir. Bu keyfiyyətlər insanın genindən və 6 yaşına qədər aldığı tərbiyədən gəlir. Uşaqların təlim-tərbiyə prosesində də ciddi problemlər mövcuddur. Valideynlərin övladlarına qarşı biganə yanaşması, onların problemlərini həll etmək əvəzinə telefon verib sakitləşdirməyə çalışmaları dövrümüzün əsas problemlərindəndir. Kriminal aləmə maraq artıran ikinci amil mühitdir. Ətrafımızda çox sayda kriminal hadisələr baş verir. Bu hadisələr sosial media, televiziya və digər informasiya vasitələri ilə ictimailəşdirilir.  Artan kriminal hadisələri görən gənclərdə bu aləmə maraq yaranır. Üçüncü və ən vacib amillərdən biri gənclərin aldığı informasiyanın intesivliyidir.  Onlar milli qəhrəmanlardan daha çox “oğru aləmi”nin tərifini eşidir, bu barədə yazılan kitabları oxuyurlar".

 

Sahib Altay qeyd edib ki, bu sahədə ciddi maarifləndirmə tədbirləri görülməlidir.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...