"Gənclik Mall"un tualetində qadınların telfonlarını oğurladılar

Bakıda asudə vaxtlarını "Gənclik Mall" Ticarət Mərkəzində keçirən cütlük müxtəlif şəxslərə məxsus telefonları oğurlayıb.

 

Sfera.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə 2023-cü il ərzində müxtəlif vaxtlarda baş verib. 

 

1997-ci il təvəllüdlü Miramin Hüseynov (soyad şərti) oğurluğu 1993-cü il təvəllüdlü Nigar İmamliyeva ilə birlikdə törədib. Onlar oğurluqları "Gənclik Mall"un 1, 3 və 4-cü mərtəbələrində restoran və iaşə obyektlərdə törədiblər. 

 

Ticarət Mərkəzində yerləşən KFC restoranının qarşısında masanın üzərində "Redmi Note 8" markalı, 1-ci mərtəbəsində yerələşən tualetdə güzgünün üzərində nəzarətsiz olan "Redmi Note 11S" markalı, 3-cü mərtəbədə olan tualetdə müxtəlif qadınlara məxsus "İphone XS”, "Redmi Note 8”, "Redmi Note 9T”, "Samsung Galaxy A71” və digər markalara məxsus telefonlar oğrulayıb. 

 

Onlar 28 may metrosunun yaxınlığında yerləşən Bakı Dəmir Yolu Vağzalının inzibati binasında yerləşən KFC restoranında da oğurluq ediblər. 

 

Oğruladıqları telfonları 28 may metrosunun yaxınlığında və 20 Yanvar dairəsində müxtəlif mağazalara ucuz qiymətə satıblar. Onların bahalı mobil telefonları bu qədər ucuz qiymətə satmasına səbəb cihazların "icloud" şifrəsini bərpa edə bilməmələri olub.

 

Məhkəmənin qərarı ilə Miramin Hüseynov Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkək. 

 

Nigar İmamliyeva isə Cinayət Məcəlləsinin 69.3-cü maddəsi ilə təqsirli bilinib və 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...