DİN rəsmisidən sosial media istifadəçilərinə müraciət: “Diqqət: Təhlükə var!”

Cəmiyyət
15:07 / 24.11.2023
3466
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev əhalini sosial mediadakı dələduzluq halları ilə bağlı diqqətli olmağa çağırıb.
Sfera.az həmin müraciəti təqdim edir:
“Sosial media başqaları ilə ünsiyyət qurmaq üçün faydalı və əyləncəli vasitə ola bilər. Ancaq risklər var. Əsas kiber risklərdən biri təhlükənin mövcud olmadığını düşünməkdir. Bu riski düşünməyənlər tək talamaya məruz qalmır, həm də cinayətin tərəflərindən birinə çevrilir. İnformasiya texnologiyalarından istifadə edilməklə bu il yanvar-oktyabr ayları ərzində törədilən 839 cinayətin açılması DİN əməkdaşları tərəfindən təmin edilib. Hər bir açılan cinayətin araşdırmaları təsdiq edir ki, riskdən heç kim sığortalanmayıb. Diqqət: Təhlükə var!”
Firuzə Əliyeva