“Acınacaqlı vəziyyətdəyəm, kömək edin...” – Ağsu sakininin MÜRACİƏTİ + VİDEO

“Acınacaqlı vəziyyətdəyəm, kömək edin...” – Ağsu sakininin MÜRACİƏTİ + VİDEO

Ağsu rayonu Qaraməmmədli kəndində yaşayan bir ailə çətin vəziyyətdədir.

 

Bununla bağlı Sfera.az-a məlumat daxil olub. Bəndəliyev Vüsalə Oqtay qızı yaydığı videogörüntüdə ağır şərtlər daxilində yaşadıqlarını bildirir:

 

“Arxdan gələn suyu plastik qablara doldurub istifadə edirəm. Nə suyum var, nə qazım, nə də işığım...Acınacaqlı vəziyyətdəyəm. Arxa isə iki həftədir su gəlmir. Bu dəqiqə susuzluğa görə əziyyət çəkirik. İmkansızlıqla yanaşı, uşağım da xəstədir, işləmək üçün qüvvəm yoxdur, özüm də həmçinin, xəstəyəm”.

 

Vüsalə Bəndəliyev vəziyyətlə bağlı kömək istəyib: “Yardıma ehtiyacım var. Mənə bu şəraitdən çıxmağa kömək edin”.

 

 

Türkan


OXŞAR XƏBƏRLƏR