“Kimsəsiz qızlarla evlənmək istəyənlər var” - “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri

“Kimsəsiz qızlarla evlənmək istəyənlər var” - “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri

“Uşaq sığınacağında qalan kimsəsiz qızlarla evlənmək istəyənlər var”.

 

Sfera.az bildirir ki, bunu “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib. O, bu ilin 10 ayı ərzində qurumun qaynar xəttinə daxil olan zənglərdən söz açıb. K.Ağazadə bildirib ki, 74 nəfər bu təkliflə birliyə müraciət edib:

 

“55 nəfər qadın oğlunu, 13 nəfər qardaşını evləndirmək üçün kimsəsiz qız axtardığını bildirib. 5 kişi isə müraciət edərək kimsəsiz qızla evlənmək istədiyini söyləyib. 5 kişidən 3 nəfəri ikinci evliliyi üçün müraciət edib. Kişilərin bildirdiklərinə görə, yaş həddi 29-42 yaş arasındadır”.

 

Sədr əlavə edib ki, kimsəsiz qızlara “elçi” düşən hər bir müraciətçi evləndirmək istədikləri oğullarının, qardaşlarının xüsusi qayğıya ehtiyacı olduqlarını vurğulayıb:

 

“31 nəfər bildirib ki, epilepsiyası var, “uşaq” kimidir. 37 nəfər fiziki qüsurlarının və ya digər xəsarətlərinin olduğunu deyib. Yalnız bir müraciət edən şəxs kimsəsiz qıza sahib çıxmaq, ona xoşbəxt həyat bəxş etmək istəyinin olduğunu bildirib”.

 

Günay


OXŞAR XƏBƏRLƏR