“Bu, aktual məsələlərin müzakirəsində mühüm addımdır”

“Bu, aktual məsələlərin müzakirəsində mühüm addımdır”

Bakıda keçirilən "Social work&Social Research" beynəlxalq konfransının açılış mərasimində Vaşinqton Universitetinin professoru Michael Sherraden,Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Nazgul Sagindykova, çıxış edən millət vəkilləri, dövlət rəsmiləri və qonaqlar konfransı sosial siyasət və sosial iş sahəsindəki aktual məsələlərin müzakirəsində mühüm addım və platforma kimi qiymətləndiriblər. 

 

Açılışın ardından konfransın işi plenar iclas ilə davam edib və üç plenar məruzə dinlənilib. ABŞ-ın Sent Luis və Vaşinqton universitetlərinin professoru Jin Huang “Maliyyə bacarıqları və aktivlərin inkişafı: sosial işçilər üçün təhsil və təcrübə”, Çinin Mərkəzi Maliyyə və İqtisadiyyat Universitetinin professoru Shu Fang “Çində maliyyə bacarıqları və sosial iş” və ABŞ-ın Vaşinqton Universitetinin Braun Sosial iş və ictimai səhiyyə fakültəsinin müəllimi, Sosial İnkişaf Mərkəzinin həmdirektoru Lissa Johnson “ABŞ-da maliyyə bacarıqları və sosial iş” mövzularında məruzə ediblər.

 

Konfransın plenar iclası və panel müzakirələri sabah da davam edəcək.

 

Ülkər


OXŞAR XƏBƏRLƏR