Yanğınla bağlı yoldakı məhdudiyyət aradan qaldırıldı - YENİLƏNİB
Kateqoriya məlum deyil
T
Yanğın səbəbindən Azadlıq prospektindən Süleyman Sani Axundov küçəsi istiqamətində yolda tətbiq olunan məhdudiyyət aradan qaldırılıb.
Bu barədə Sfera.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
***
21:43
Bakıda ticarət obyektində baş vermiş yanğınla bağlı Binəqədi rayonu, Azadlıq prospektindən Süleyman Sani Axundov küçəsi istiqamətində yolda məhdudiyyət tətbiq edilib.
Bu barədə Sfera.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Sürücülərdən məhdudiyyəti nəzərə almaları xahiş edilib.






