Yas mərasimində döşəmə çökdü - 1 ölü, 23 yaralı + Rəsmi AÇIQLAMA

Yas mərasimində döşəmə çökdü - 1 ölü, 23 yaralı + Rəsmi AÇIQLAMA

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

 

Qeyd olunub ki, 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir.

 

***

14:13

 

Bərdə rayonunda yas mərasimi zamanı bədbəxt hadisə baş verib.

 

Sfera.az “Report”a istinadən xəbər verir ki, rayonun Yenidaşkənd kəndində yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsindəki otaqlardan birində toplaşıblar. Qəfildən ağırlığa dözməyən döşəmə çöküb. Nəticədə xeyli insan yaralanıb.

 

Hazırda yaralıların Təcili Tibbi Yardım avtomobilləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına daşınması həyata keçirilir.

 

İlkin məlumata görə, hadisə zamanı 10-a yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu deyilir.


OXŞAR XƏBƏRLƏR

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün ...