“Şirkətlər belə obyektləri sığortalamır, çünki...” - “Dərnəgül bazarı”nda kimlər “yanacaq?”

“Şirkətlər belə obyektləri sığortalamır, çünki...” - “Dərnəgül bazarı”nda kimlər “yanacaq?”

Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın olub. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Maraqlıdır, sahibkarlar dəyən ziyanın öhdəsindən necə gələcək? Zərəri kim qarşılamalıdır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən  iqtisadçı ekspert Xalid Kərimli deyib ki, sahibkarlar çox vaxt əmlaklarını sığorta etdirmirlər:

 

““Dərnəgül bazarı” 30-35 ildir ki, fəaliyyət göstərir, yanğın isə nadir görünən hadisədir. Buna görə də sahibkarlar əmlaklarını sığorta etdirməkdə maraqlı olmurlar. Amma sığorta olmadığı zaman zərər birbaşa sahibkara dəyir. Sahibkarlığın bir riski var və sığorta bunu aşağı salmağa istiqamətlənmiş konstruksiyadır. Sahibkar bu riski sığortalamayanda baş verə biləcək fövqəladə vəziyyətlərdə özü əziyyət çəkir”.

 

Ekspert bildirib ki, sığorta şirkətləri də bəzi risklərdən çəkinirlər:

 

“Yəni sahibkarlar əmlaklarını sığortalamaq istəsə belə, hansı şirkətlər bunu öz öhdəsinə götürəcək? Sığorta şirkəti inşaat materialları satılan obyekti sığortalayanda yanğın təhlükəsizliyi qaydalarına riayət olunub-olunmamasına baxacaq. Son baş verən hadisədə isə yanğın təhükəsizliyi ilə bağlı heç bir tədbir görülməmişdi – açıq havada yolun qırağına taxtalar yığılıb və.s Burada sığorta şirkətini də ittiham etmək olmaz. Bu baxımdan, bu kimi məsələlərdə sığorta şirkətləri riski öz üzərinə götürmür. O, özü də sahibkardır və idarə edə biləcəyi riski sığortalayacaq. Əgər yanğın təhlükəsizliyinə cavab verməyən obyekt varsa, şirkət sığortalamaqdan imtina edir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün ...