Gəlin-qayınana münasibətlərinin pis olmasının günahkarı kimdir? - PSİXOLOQ AÇIQLADI

Gəlin-qayınana münasibətlərinin pis olmasının günahkarı kimdir? - PSİXOLOQ AÇIQLADI

Aktual problemlərindən biri də gəlin-qayınana münasibətləridir. Gəlin-qayınana münasibətlərindəki gərginlik ailələrin dağılmasına qədər gətirib çıxara bilir.

 

Bəs, problemin kökündə nə dayanır və bu münasibətləri necə tənzimləmək olar?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Gülnar Orucova bildirib ki, yaxın keçmişlə müqayisədə indi qayınanalar daha humanist və anlayışlıdırlar: 

 

"Buna baxmayaraq, gəlin-qayınana arasında mübahisələrin sayı da az deyil. Bunun əsas səbəbi qayınanaların məsləhətinin və tövsiyəsinin gəlinlər tərəfindən yalnış anlaşılmasıdır. Gəlinlər işlərinə qarşılmağını istəmirlər və qayınanaların onlara hər hansı iş tapşırmasına qəzəblənirlər. Bu aqressiya isə iki tərəf arasında münasibətlərin korlanmasına səbəb olur”.

 

Psixoloq bildirib ki, qayınana və qayınataların etdiyi ən böyük səhv  verdikləri vədləri yerinə yetirməmələridir.

 

“Ana övladının xoşbəxtliyinə çalışmalıdır. Lakin qaynanalar övladının ailəsini idarə etməyə çalışırlar. Bu düzgün deyil. Çünki həmin cütlük öz ailə və məişət problemləri ilə bağlı özləri qərar verməlidirlər. Həmin cütlüyün ev işlərinə, ailədaxilə münasibətlərinə qarışmaq qayınanın etdiyi ciddi səhvlərdən biridir. Oğullarının etiraz etməməsinə baxmayaraq, qayınanalar gəlinlərinin geyiminə müdaxilə edirlər. Bu da gəlinin ona qarşı aqressiv olmasına gətirib çıxarır”.

 

Psixoloq son olaraq əlavə edib ki, belə hallarda oğul anası və yoldaşı arasında sərhəd qoymalı və hər ikisini anlayaraq vəziyyəti yumşaltmağa çalışmalıdır.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün ...