Ukrayna səfiri və Fəxri Konsulu Göyçaya səfər etdi - FOTOLAR

Ukrayna səfiri və Fəxri Konsulu Göyçaya səfər etdi - FOTOLAR

Ukrayna-Azərbaycan regionlararası əməkdaşlığın dərinləşdirilməsi məqsədilə Ukraynanın Azərbaycandakı Fəxri Konsulu Mehrəli Qasımov və Ukrayna Səfiri Vladislav Kanevski Ukrayna Fəxri Konsulluğunun konsulluq dairəsinə Göyçayda rəsmi regional səfərdə oldu.

 

Son dərəcə səmimi və mehriban şəraitdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ilə səmərəli danışıqlar aparılmışdır. Ukrayna və Azərbaycan şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, eləcə də təhsil sahəsində humanitar layihələr diqqət mərkəzində olan məsələlər sırasında idi.

 

Qeyd olundu ki, Göyçay sürətlə inkişaf edir və cəlbedici investisiya potensialına malikdir ki, bu da, şübhəsiz ki, Ukrayna-Azərbaycan regionlararası əməkdaşlığının dərinləşməsinə öz töhfəsini verəcək. Göyçay rayonu dadlı meyvələri: nar və xurma ilə tanınır, bu meyvələr xaricə, o cümlədən Ukraynaya ixrac olunur.


OXŞAR XƏBƏRLƏR

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün ...