İşə düzəltmə şirkətlərinin dələduzluğu – Qarşısı necə alınmalıdır?

İşə düzəltmə şirkətlərinin dələduzluğu – Qarşısı necə alınmalıdır?

Ölkəmizdə fırıldaqçıların, dələduzların sayı günü-gündən artır. Dələduzlar müxtəlif üsullarla insanların pulunu mənimsəyirlər. İnsanları aldadaraq pulunu mənimsəyən fırıldaqçıların bir çoxu işə düzəltmə şirkəti adı altında fəaliyyət göstərirlər.

 

Bəs, onların dələduz olduğunu necə anlamaq olar?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, bu cür hallara qarşı ciddi cəza tədbirləri görülməlidir:

 

“Həmin şirkətlərə etibar etməzdən əvvəl vətəndaşlar onlar barədə ətraflı araşdırma edib məlumat toplamalıdırlar. Onlara gələn hər mesaja aldanıb pullarını köçürməməlidirlər. Hər bir şirkətin davranışı onun mahiyyəti barədə məlumat verir”.

 

Sosioloq qeyd edib ki, ciddi fəaliyyəti olmayan şirkətə inanmaq təhlükəlidir:

 

“Bu hallara yol verən şirkətlərin fəaliyyəti dayandırılmalı, əmlakı satılaraq aldadılan vətəndaşlara verilmədir”.

 

Hüquşünas Ramil Süleymanov isə bildirib ki, bu cinayət əməlidir.

 

“Cinayət Məcəlləsinin 178.2 maddəsinə əsasən bu cinayəti törədənlər 4000-7000 manata qədər cərimə oluna, 1 ildən 3 ilə qədər azadlığın məhdudlaşdırılması cəzasına məruz qala bilərlər”.

 

Hüquqşünas son olaraq əlavə edib ki, vətəndaşların telefonlarına gələn, mənbəyi məlum olmayan mesaj linkləridə təhlükə mənbəyidir.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün ...