Vətəndaşlar tora necə salınır? - Fərid Pərdəşünasdan açıqlama

Vətəndaşlar tora necə salınır? - Fərid Pərdəşünasdan açıqlama

“Rayonlarda vətəndaşlar investisiya dələduzluğunun qurbanı olublar”.

 

Sfera.az bildirir ki, bunu texnobloqqer Fərid Pərdəşünas deyib. O, sözügedən hadisəni bu cür təsvir edib:

 

“Kəndli ilk olaraq ona müraciət edən brokerə 60 manat yatırım edib, daha sonra 120 manat qazanıb və nağdlaşdırıb.  Ardınca 200 manat qoymaq tələb olunub və 300 manat götürülüb. Növbəti mərhələdə 5000 manat tələb edilib. Vətəndaş tələb olunan məbləği qoyub və hesabında həmin məbləğ 9000-ə qədər artıb. Lakin məbləği nağdlaşdırmaq olmayıb.  Bu dəfə broker yanlışlıq etdiyi üçün hesabının bloklandığını və açılması üçün daha 9000 manata ehtiyac olduğunu bildirib. Vətəndaş qohumdan, dostdan borc tapıb, vəsaiti qoyub və bir daha əlaqədər şəxslə kommunikasiya qura bilməyib”.

 

F.Pərdəşünasın sözlərinə görə, bütün əməliyyatlar “Telegram” üzərindən aparılıb: “Tranzit m10 elektron pulqabısı hesablarından istifadə olunub və sonda vəsait ölkədən çıxarılıb”.

 

Bununla bağlı “m10”dan da açıqlama gəlib. “Hazırda bu tip hesablarla bağlı lazımi tədbirlər görülür. Sosial şəbəkə hesablarımızda tez-tez bu istiqamətdə videoçarxlar təqdim edirik. Çalışırıq ki, hər kəsi belə şəbəkələrdən qoruyaq. Müştərilərimiz də belə hesablar barədə bizə məlumat təqdim etsələr, operativ şəkildə hər bir müraciəti yoxlamağa hazırıq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün ...