Logo

Sumqayıt qatarının hərəkət cədvəli dəyişəcək

Sumqayıt qatarının hərəkət cədvəli dəyişəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Sumqayıt qatarının hərəkət cədvəli dəyişəcək

Biləcəri və Xırdalan stansiyalarında dayanacağın verilməsi ilə əlaqədar noyabrın 19-dan  Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 07:40, 08:15, 08:50, 16:00, 17:20, 18:00, 18:30, 19:00, 19:45 və 20:45-də, Sumqayıt-sərnişin stansiyasından 06:50, 07:20, 07.45, 08:00, 08:30, 09:10, 09:50 , 17:00, 18:10 və 18:50 -da yola düşəcək.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.

Qeyd: Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003 və  6006/6005  nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.

Sumqayıt qatarının hərəkət cədvəli dəyişəcək
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR