Qanunsuz parkinqlər, kimə tabe olduğu bilinməyən \"parkovşiklər\"... - Qanun niyə tətbiq edilmir? 

Qanunsuz parkinqlər, kimə tabe olduğu bilinməyən \

Məlum olduğu kimi, avqustun 7-dən nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin yığımı yalnız nağdsız qaydada, mobil tətbiq və SMS vasitəsilə həyata keçirilir. Sürücülər avtomobili park etdikdən dərhal sonra mobil tətbiqi açmalı və parklanmanın başladığını təsdiq etməlidirlər. SMS vasitəsilə ödəniş etmək istəyənlər isə parklanma başladıqda avtomobilin dövlət qeydiyyat nişanı, parklanma məntəqəsinin nömrəsi və parklanma yerini 1181 qısa nömrəsinə göndərməlidirlər. Əks halda sürücülərə qarşı cərimə tətbiq edilir. Yeni qanuna əsasən parklanma yerlərində “parkovşik”lərin dayanması qadağandır. 

 

Ümumiyyətlə, şəhər ərazisində, xüsusən də mərkəzi küçələrdə qanunsuz parkanlama edildiyini görürük. Bir yol boyunca 2-3 sıra avtomobil park edilir. Yol kənarında “dayanma-durma qadağandır” nişanı olsa belə, buna məhəl qoyulmur.

 

Eyni zamanda, hələ də parkinq əməkdaşları parklanma ərazilərində olur, sürücülərdən nağd ödəniş alır.

 

Fotoqrafımız İnşaatçılar metrosu, Qış parkı Nizami metrosu ətrafında bu halları lentə alıb.

 

 

Bəs oradakı “parkovşik”lər nazirliyin əməkdaşlarıdır, yoxsa qanunsuz dayanırlar?

 

Mövzu ilə bağlı Sfera.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Pərvanə Əliyeva bildirib ki, nazirlik əməkdaşları qəti sürətdə sürücülərdən nağd ödəniş almırlar və məsələ ilə bağlı araşdırma aparılacaq.

 


Firuzə Əliyeva

Fotolar:Anar Bayramlı

 


OXŞAR XƏBƏRLƏR

Donald Tramp: Yaxın günlərdə Ukraynadakı müharibənin bitməsinə çalıçacağıq

“Stiven Uitkoff bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə çox məhsuldar görüş keçirib”.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ...

"Whatsapp"da yenilik - Nömrə olmadan da yazışmaq olacaq

WhatsApp-a yeni bir funksiyanın - qonaq çatlarının əlavə olunacağı məlum olub. Bu funksiya insanlara WhatsApp hesabı olmadan da platforma üzərindən istifadəçilə...

Meteohəssas insanlara XƏBƏRDARLIQ: Sabah evdən çıxmayın

Avqustun 7-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Abşeron yarıma...

Bakıda bu binalar söküləcək - TAPŞIRIQ VERİLDİ

xəbər verir ki, bu il iyulun 2-də Bakı Şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin tapşırıq və göstərişlərindən irəli gələn məsələlərlə bağlı müşavirə ke...

Bakı-İstanbul reysi niyə təxirə salındı? - SƏBƏB

6 avqust tarixində nəzərdə tutulan “AJET” aviaşirkətinin icra etdiyi TKJ-178 nömrəli Bakı–İstanbul (SAW) reysi texniki səbəbdən təxirə salınıb...

Müğənni Dilarə Kazımovanın maşında dəhşətli görüntüləri - VİDEO

Müğənni Dilarə Kazımova yeni klipi ilə gündəmə gəlmək istədi, amma bu dəfə səhnə performansı yox, təhlükəli davranışları ilə sosial medianı silkələyib.  ...