Əhalinin NƏZƏRİNƏ! - Bunu edənlər 50 MANAT CƏRİMƏLƏNƏCƏKLƏR

Əhalinin NƏZƏRİNƏ! - Bunu edənlər 50 MANAT CƏRİMƏLƏNƏCƏKLƏR

Açıq havada və insanların sıx olduğu yerlərdə siqaret çəkmək qanunla qadağandır. Bu qadağanı pozan şəxsləri cərimə də gözləyir. 

 

Sfera.az-ın məlumatına görə, bu məsələ ilə bağlı təbliğat işləri aparılsa da hələ qanuna əməl etməyən vətəndaşlara rast gəlnir.

 

Siqareti çəkərək qaydanı pozan şəxslər hətta onun qalığını yerə atmaqdan da çəkinmirlər. Bu isə qaydaların kobud şəkildə pozulması deməkdir. 

 

İctimai yerlərdə tütün məhsullarından istifadə edərək digər vətəndaşları narahat etmək və siqaret kötüklərini yerə ataraq ətrafı zibilləməyə görə İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub. 

 

Belə ki, "Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə 30 manat məbləğində cərimə edilir. Eyni zamanda tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə olunur.

 

Siqaret çəkilməsi qadağan edilən və cərimə nəzərədə tutulan digər yerlər isə bunlardır:

 

  • Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə - 100 manat
  • Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə - 40 manat
  • Vaqonlarda - 50 manat
  • Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə - 40 manat
  • Müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda - 40-50 manat(BAKU.WS)

OXŞAR XƏBƏRLƏR

"Putinin “kölgə donanması”nı məhv edəcəyik" - Kir Starmer

Neft və qaz ixracına dair mövcud sanksiyalardan yayınmaq üçün istifadə edilən Rusiya neft tankerlərinin donanmasına yeni məhdudiyyətlər tətbiq ediləcək. &nbs...

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

Mayın 10-a gözlənilən hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımada...

Hindistan Azərbaycanı boykot etdi - Nələr yaşanacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycan Pakistanı dəstəklədiyi üçün Hindistanda ölkəmizə qarşı boykot elan edilib. Hindli rəsmilər Azərbaycana səfər etməməyi və Azərb...

Çilidə təyyarə qəzası olub, çoxlu sayda insan ölüb

Çilinin Curacavi şəhərində baş verən təyyarə qəzasında altı nəfər həyatını itirib. Qəza nəticəsində pilot, köməkçi pilot, bir həkim, tibb bacısı, xəstə və xəstə...

Prezident fərman imzaladı

Prezident İlham Əliyev “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-c...

Almaniyada miqrasiya qərarı - “Milli fövqəladə vəziyyət” elan edildi

Almaniyanın yeni Kansleri Fridrix Mers ölkənin sərhədlərini daimi şəkildə nəzarətə almaq məqsədilə miqrasiya məsələsində “milli fövqəladə vəziyyət” ...