Azərbaycanda təbii artım tempi sürətlə zəifləyir – Son rəqəmlər

Azərbaycanda təbii artım tempi sürətlə zəifləyir – Son rəqəmlər

Azərbaycan əhalisinin təbii artım göstəricisində pisləşmə davam edir.

 

Rəsmi məlumatlara əsasən, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində təbii artım (doğulanların ölənlərdən çox olan hissəsi – red.) 40 336 nəfər olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6 904 nəfər azdır.

 

Sfera.az xəbər verir ki, Azərbaycanda təbii artımın zəifləməsi son illərdə davamlı hal alıb. Artıq uzun müddətdir ki, ölkəmizdə doğum sayının azalması, ölüm sayının isə artması müşahidə edilir.

 

Bu tendensiyanı əvvəlki illərin yanvar-sentyabr aylarını əhatə edən dövrünün statistik məlumatları ilə müqayisə etdikdə daha aydın görmək olur.

 

2014-cü ilin 9 ayında ölkəmizdə təbii artım 86,5 min nəfər olub. Təbii artım sayı 2016-cı ildə 77,7 min nəfərə, 2018-ci ildə 59,7 min nəfərə, 2020-ci ildə 48,4 min nəfərə, 2022-ci ildə 47,24 min nəfərə geriləyib.

 

On il ərzində Azərbaycanda təbii artımın 46,2 min nəfər, yaxud 2,14 dəfə azalması müşahidə edilib.  

 

Təbii artımın sürətlə zəifləməsinin əsas səbəbi doğumun azalmasıdır. 2014-cü ilin 9 ayı ərzində 128 min uşaq dünyaya gəldiyi halda, 2023-cü ilin eyni dövründə 45 doğum olub. Başqa sözlə son 10 ildə doğum sayı 2,84 dəfə azalıb.

 

Doğum azalmaqla yanaşı ölüm sayı da artır. 2014-cü ildə 42 min Azərbaycan vətəndaşı dünyasını dəyişdiyi halda bu ilin doqquz ayı ərzində 45 min insan ölüb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

İsmayıllıda Heydər Əliyevə həsr edilən ümumrayon tədbiri keçirilib - FOTOLAR

İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən ümumrayon tədbiri keçirilib. Sfera.az xəbər verir ki, tədbir İsmayıllı rayon Heyd...

Medvedyev Zelenskini siçan adlandırdı

Rusiya terrorla məşğul olmur və Ukraynaya gələn AB liderlərinə zərbə endirməyəcək.   Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası s...

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...

Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi – Millət vəkili

Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etmə...

ABŞ və Çin arasında ticarət danışıqları keçirilir

Çin və ABŞ rəsmiləri, uzun sürən tarif müharibəsindən sonra ilk dəfə üz-üzə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüş iki ölkə aras...