Daha bir qanunsuz tikilinin QARŞISI ALINDI: “Qanun hamı üçündür!” 

Daha bir qanunsuz tikilinin QARŞISI ALINDI: “Qanun hamı üçündür!” 

“Dar “Xruşşovka”lar azalır, onların yerini geniş yeni tikililər tutur. Amma orada yaşayan sakinlər rahatlıq tapmaq əvəzinə, çətinliklərlə qarşılaşırlar”.

 

Sfera.az bildirir ki, bunu tanınmış jurnalist Vüqar Vüqarlı deyib. Onun sözlərinə görə, yeni tikililərin həyətlərində qanunsuz tikililərin aparılması sakinlərin haqlı narazılıqlarına səbəb olur:

 

“Amma yaxşı ki, hər zaman belə olmur, sakinlərin həmrəyliyi qanunsuzluqların həllinə səbəb olur. Nəsimi rayonu Xətai prospekti 38 ünvanında yerləşən “Messenat Holdinq”in binasının sakinləri də məhz bunu bacarıblar. Həmin ərazidəki uşaq bağçası üçün yaşayış binasının həyətində qanunsuz olaraq quraşdırılmış oyun meydançası sökülüb. Belə ki, sakinlərin haqlı etirazları nəticəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nəsimi rayonu İcra Hakimiyyəti,  Fövqəladə Hallar Nazirliyi və Nəsimi rayon Polis idarəsi nümayəndələrinin iştirakı ilə qanunsuz tikilininin söküntüsünə qərar verilib və qərar icra olunub. Kimsə deyə bilər ki, uşaq bağçasıdır, nə olsun, oyun meydançası quraşdıraşdırırlar, kafe və ya restoran açmayıblar ki? Nəzərə alaq ki, sözügedən uşaq bağçasının öz ərazisi var. Oyun meydançası isə yolları hər tərəfdən bağlayacaqdı. Heç bir məntiqə sığmayan inşaat işlərinin kimlərinsə maddi kaprizi olduğu açıq-aşkar görünürdü”.

 

Jurnalist qeyd edib ki, qurulan obyekt təkcə sakinlərin yolunu kəsməyəcəkdi, tikili yarana biləcək fövqəladə hadisə zamanı yanğınsöndürən maşınların belə hərəkətini mümkünsüz edirdi:

 

“Sakinlərin bu məsələdə haqlı olduğu aydın görünür. Nə yaxşı ki, dövlət strukturları bu problemin həll olunmasında obyektiv yanaşma sərgilədi və insanların rahatlığının pozulmasına imkan vermədi.  Bina sakinləri dövlət strukturlarının onların hüquqlarının müdafiəsi üçün göstərdikləri dəstəyə görə bütün adıçəkilən qurumların əməkdaşlarına öz dərin minnətdarlıqlarını bildirirlər. Mən də bu minnətdarlığa necə deyərlər, ikiəlli qoşuluram!”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Polis 21,9 kq narkotik vasitə aşkarladı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 21-də və 22-də ümumi çəkisi 21,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. ...

Taleyüklü məsələlərin həllində şəxsiyyət faktorunun rolu əvəzsizdir - RƏY

Dünya təcrübəsi sübut edir ki, tarixdə şəxsiyyət faktorunun rolu danılmazdır. Beynəlxalq hüququn və ədalət anlayışının geosiyasi maraqlara qurban verildiyi müas...

Faciəvi şəkildə ölənlər gəlinin bibiləri imiş - Toy təxirə salındı

Dünən paytaxtın Qaradağ rayonunda 3 nəfərin ölümü ilən nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.   Sfera.a...

Prezident forum iştirakçılarına müraciət ÜNVANLADI - YENİLƏNDİ

Prezident İlham Əliyev “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimləri Forumunun işt...

Bu şəxslərə 6 min manat ödəniləcək - Müraciət üçün lazım olan SƏNƏDLƏR

“Azərbaycan Prezidenti İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna ...

Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı

Dekabrın 21-də və 22-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  ...