Bakıda bu həkimin rəhbər vəzifə tutması qadağan edildi

Bakıda bu həkimin rəhbər vəzifə tutması qadağan edildi

2018-ci ildə dələduzluq və rüşvət verməyə görə barəsində cinayət işi açılmış və 5500 manat cərimə cəzasına məhkum edilmiş C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkim kardioloqu Yeganə Osmanovanın yenidən cinayət törətməsi üzə çıxıb.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin ildə vəzifədən azad edilən və 2019-cu ildə məhkum edildiyi 5500 manat cəriməni ödədikdən sonra işinə bərpa edilən həkim barəsində Cinayət Məcəlləsinin 308 və 313-cü (vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə iş başlanılıb.

 

Araşdırmalar zamanı məlum olub ki, rüşvətə görə cəzasını ödədikdən sonra əvvəlki işinə geri qayıdan Y.Osmanova bir neçə vətəndaşın saxta yolla əlillik dərəcəsi almasına kömək edib. O, rəsmi sənədlərə uydurma məlumatlar daxil edərək həmin şəxslərin 2022-ci ilədək saxta yolla əlillik müavinəti almasına nail olub və büdcəyə xeyli miqdarda ziyan vurub.

 

Həkimin barəsində yenidən cinayət işi açılması ilə o, sözügedən institutdakı vəzifəsindən azad edilib.

 

Yeni cinayət işinin materialları Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə 1978-ci il təvəllüdlü Yeganə Osmanova bu dəfə 4 min manat cərimə edilib.

 

Bununla yanaşı o, 1 il 6 ay müddətə səhiyyə-tibb sahəsində rəhbər vəzifə, o cümlədən tibb-ekspert komissiyasının rəhbər və ya üzvü olmaqla rəy vermək hüquqlarından məhrum edilib.


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...