Logo

Donald Trampın qızı Bakıda - FOTO

Donald Trampın qızı Bakıda - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın ailə üzvləri, o cümlədən xanımı, qızları yerli və xarici mətbuatın diqqət mərkəzindədir. Bir çox media orqanları Trampın ailəsinin məşğuliyyəti, kimliyi ilə maraqlanır, ortaya çıxan faktları təqdim edir.

Sfera.az publika.az-a istinadən bildirir ki, yeni prezidentin qızı İvanka Tramp 2014-cü ildə Bakıda olub.

İvanka "Trump International Hotel & Tower Baku"nun inşasına nəzarət edirdi. Prezidentin qızının səhifəsində də qeyd edildiyi kimi, o, layihənin gedişini yoxlamaq üçün Azərbaycanın əyləncəli şəhəri Bakıya səfər edib.

Prezidentin qızının internet səhifəsində qeyd edildiyi kimi, Xəzərin sularından "ilham alan" binanın yelkəni xatırladan forması və interyeri mürəkkəb və müasir olub: "Qərbi Asiyanın və Şərqi Avropanın sərhədlərində yerləşən Bakı qədim ənənələrə əsaslanır".

Otellər layihəsinin icrası isə 2015-ci ildə başa çatıb. Gələcək prezidentin qızı paytaxtımızda fotolar da çəkdirib.

Donald Trampın qızı Bakıda - FOTO
Donald Trampın qızı Bakıda - FOTO
Donald Trampın qızı Bakıda - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR