Şabranda yol kənarından odlu silahlar tapılıb

Cəmiyyət
12:58 / 14.11.2023
16910
Şabran rayonunda yol kənarından odlu silahlar tapılıb.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd ov tüfəngi və onlara məxsus patronlar aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin əməkdaşları xidmətdə olduqları zaman yol kənarından müxtəlif markalı 3 ədəd ov tüfəngi aşkar edərək götürüblər.
Faktlar üzrə Şabran RPŞ-də müvafiq araşdırmalar aparılır.