MİDA Bakı, Sumqayıt və Hövsanda satışa mənzillər çıxarır – Hansı yeniliklər olacaq?

MİDA Bakı, Sumqayıt və Hövsanda satışa mənzillər çıxarır – Hansı yeniliklər olacaq?

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakının Hövsan qəsəbəsində, eləcə də Sumqayıt və Gəncə şəhərlərində mənzillərin növbəti dəfə güzəştli satışına başlayır. Bu dəfə 432 mənzil onlayn satışa çıxarılacaq.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib ki,  MİDA bu dəfə "Güzəştli mənzil" sisteminin təkmilləşdirilməsi və yeniliklər barədə hansısa açıqlama verməyib:

 

“Ötən satışda ciddi sistem və kiber problemlər olmasa da, iştirakçılar tərəfindən mənzil seçimi prosesində donmalar, “CAPTCHA” problemlərinin olması haqqında xeyli sayda məlmatlar verilmişdi. MİDA həmin zaman baş verən narazılıqlar barədə cəmiyyətə ağlabatan izah vermədi. Amma fərdi qaydada bütün müraciətlərin cavablandırıldığı bildirildi.  Ümid edirəm, növbəti onlayn satış gününədək MİDA şəffaflığın gücləndirilməsi və ədalətli seçim, sistemin yenilənməsi, süni seçimlərin qarşısının alınması ilə bağlı görülən tədbirlər haqqında ictimai əhəmiyyət kəsb edən məlumatları da açıqlayacaq”.

 

Ekspert qeyd edib ki, mövcud satış prosesində ədalətsizlik olduğundan alternativ güzəştli mənzil satışı üsulunun tətbiqi istiqamətində dəfələrlə təkliflər verilib:

 

“Görünür, hökumət hələlik insan amilinin rolu az olan, insan amilinə söykənən korrupsiya risklərini nəzərə alaraq onlayn satışa üstünlük verir. Düşünürəm ki, mövcud sistemin təkmilləşdirilməsi, şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi ilə yanaşı, alternativ satış üsulunun üzərində işləmək də doğru olardı. Xatırladım ki, xeyli müddətdir, MİDA “Ernst&Young” beynəlxalq auditor şirkətinin xidmətlərindən də istifadə etmir. Güman etmək olar ki, kritik infrastrukturun təhlükəsizliyilə bağlı yeni ictimai münasibətlər formalaşdığından bu məsələlərə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizlik Xidməti nəzarət edir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR