Dörd illik fasilədən sonra... – Göyçaydakı Nar festivalından MARAQLI FOTOLAR 

Dörd illik fasilədən sonra... – Göyçaydakı Nar festivalından MARAQLI FOTOLAR
Kateqoriya məlum deyil
T

4 illik fasilədən sonra Göyçayda yenidən ənənəvi Nar festivalı keçirilib. Festivalda rayonun 30-a yaxın kəndinin nar və nar məhsullarından ibarət sərgi təşkil olunub.

 

Sfera.az-ın əməkdaşı da Şərqdə qədim zamanlardan “meyvələrin şahı” sayılan narın ölkəmizdəki vətəninə baş çəkib. Xatırladaq ki, nar festivalı ilk dəfə Mədəniyyət və Turizm Nazirliyi və Göyçay Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 3 noyabr 2006-cı ildə keçirilib. Bundan sonra festival ənənə halını alıb. Ənənəvi Nar festivalı və mədəniyyəti 2020-ci il dekabrın 16-da UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Araşdırmalara görə, Göyçayda keçirilən ənənəvi Nar festivalı reytinqinə görə Müstəqil Dövlətlər Birliyi ölkələrində etnoqastronomiya bayramları və festivalları arasında ilk üçlüyə daxildir.

 

Builki festivala gəldikdə isə, ölkənin hər yerindən minlərlə insan Göyçaya axın etmişdi. Rayonda əsl izdiham yaşanırdı. Narla bağlı müxtəlif sərgilər, yarış və müsabiqələr təşkil olunmuşdu. Festival iştirakçılarına müxtəlif növdən olan dadlı narlar və onlardan hazırlanmış məhsullar təqdim edilirdi. Festivalda, həmçinin məktəblilərin əl işlərindən ibarət sərgi nümayiş olundu, göyçaylı qadınların ifasında folklor nümunələri səsləndirildi. Nar bayramı tanınmış müğənnilərin konsert proqramı ilə sona çatdı. Sonda isə atəşfəşanlıq oldu.

 

Festivala tur şəklində qatılan qonaqlar Göyçayın görməli yerləri ilə tanış olmaq imkanı da qazanıblar. Həmin məkanlardan biri olan Çərəkə gölü isə turistlərin diqqətini daha çox cəlb etmişdidi. Çətəkə gölü payız fəslinin ruhunu duymaq üçün gözəl məkanlardan biridir.

 

Qeyd edək ki, son üç ildə Göyçay rayonunda 3308 hektardan artıq yeni nar bağı salınıb, yeni istehsal müəssisələri fəaliyyətə başlayıb. Ötən il Göyçayda 50 min tondan artıq nar tədarük olunub. Nar festivalı isə pandemiya səbəbindən dörd il ertələnib.

 

Günay

Fotolar: Anar Bayramlı

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Gallery image 24
Gallery image 25
Gallery image 26
Gallery image 27
Gallery image 28
Gallery image 29
Gallery image 30
Gallery image 31
Gallery image 32
Gallery image 33
Gallery image 34
Gallery image 35
Gallery image 36
Gallery image 37
Gallery image 38
Gallery image 39
Gallery image 40
Gallery image 41
Gallery image 42
Gallery image 43
Gallery image 44
Gallery image 45
Gallery image 46
Gallery image 47
Gallery image 48
Gallery image 49
Gallery image 50
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
Thumbnail 24
Thumbnail 25
Thumbnail 26
Thumbnail 27
Thumbnail 28
Thumbnail 29
Thumbnail 30
Thumbnail 31
Thumbnail 32
Thumbnail 33
Thumbnail 34
Thumbnail 35
Thumbnail 36
Thumbnail 37
Thumbnail 38
Thumbnail 39
Thumbnail 40
Thumbnail 41
Thumbnail 42
Thumbnail 43
Thumbnail 44
Thumbnail 45
Thumbnail 46
Thumbnail 47
Thumbnail 48
Thumbnail 49
Thumbnail 50
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR