Logo

Ailəsinin gözü qarşısında başını kəsdilər - VİDEO - BAKIDA

Ailəsinin gözü qarşısında başını kəsdilər - VİDEO - BAKIDA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Başı kəsilən şəxsin bacısının həyat yoldaşı da bir neçə gün öncə vəhşicəsinə döyülüb. Cinayətlə bağlı yeni təfərrüatlar üzə çıxıb.

Bakıda dəhşətli qətl hadisəsi törədilib. 37 yaşlı Gəncə sakinin ailəsinin gözü önündə başı kəsilib.

Hadisə Nizami rayonu Keşlə qəsəbəsinin Sabir küçəsində baş verib. Gəncə şəhər sakini 37 yaşlı Vüsal Xəlilov kirayədə yaşadığı evdə qətlə yetirilib. Naməlum şəxs həyat yoldaşı və övladının gözü qarşısında Xəlilovu boğazından bıçaqlayaraq öldürüb. Vüsal Xəlilov Bakıdakı ticarət mərkəzlərindən birində ticarətlə məşğul olurmuş.

Qətl hadisəsinin törədildiyi evə Nizami Rayon Polis İdarəsinin rəisi, rayon prokuroru gəliblər. Hadisə yerində müayinələr aparılıb, mərhumun ailə üzvlərinin ifadəsi alınıb. Vüsal Xəlilovun həyat yoldaşı əməliyyatçılara bildirib ki, kirayədə yaşadıqları evin ətrafında bir neçə gündür şübhəli adamlar görürmüş. Amma, qətlin hansı səbəbdən törədildiyi məlum deyil.

Ərazidə olan müşahidə kamerasına baxış keçirilib. Məlum olub ki, hadisəni törədən şəxs ərazidən qırmızı rəngli VAZ 21 07 markalı avtomobildən uzaqlaşıb. Faktla əlaqədar Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Xəlilovun həyat yoldaşının verdiyi məlumat əsasında şübhəli şəxsin fotorobotu hazırlanıb və polis artıq bu adamın izinə düşüb. Araşdırmalar davam etdirilir.

Sonda onu da qeyd edək ki, iki gün əvvəl Vüsal Xəlilovun bacısının həyat yoldaşına da hücum olub. Gəncədə valyutadəyişmə məntəqəsi sahibi olan Kəmaləddin Əliyev işlədiyi obyektdən çıxaraq avtomobilinə əyləşmək istəyərkən iki nəfərin hücumuna məruz qalıb. Onlar Kəmaləddin Əliyevin başına zərbələr endiriblər və içərisində 25 min manat olan çantasını aparıblar. Qohumlara qarşı iki cinayətin bir-biri ilə əlaqəsinin olub-olmadığı da araşdırılır. (Region TV)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR