Tibb bacısını öldürənlərdən ikisi qonşusudur - ŞOK TƏFƏRRÜAT

Tibb bacısını öldürənlərdən ikisi qonşusudur - ŞOK TƏFƏRRÜAT

Astara rayonunun Kakalos kənd sakini, 77 yaşlı Zeynəb Məmmədovanın qətlə yetirilməsi hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

 

Sfera.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, hadisə noyabrın 10-u günorta saatlarında baş verib.

 

Qətldə şübhəli bilinərək saxlanılan Məmmədov Elmir Ətrafil oğlu, əvvəllər məhkum olunmuş Əkbərov Vüsal Zaid oğlu və Şəmkir rayon sakini, Süleymanov Bəhruz Rəşid oğlu evə oğurluq məqsədilə daxil olublar. Z.Məmmədova həmin evdə tək yaşayırmış.

 

Ehtimal edilir ki, qadın həmin vaxt evdə olmayıb, amma bir qədər sonra geri qayıdıb və mənzildə oğrularla qarşılaşıb.

 

Məlumata görə, qadın işgəncələrlə öldürülüb. Belə ki, onun qolları, ayaqları bağlanıb, üzərində olan qızıl-ziynət əşyaları götürülüb.

 

Hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən ikisi - E.Məmmədov və V.Əkbərov öldürdükləri qadınla qonşu olublar.

 

Qeyd edək ki, Z.Məmmədova təqaüddə olan tibb bacısıdır.


OXŞAR XƏBƏRLƏR

"Azərbaycanda kiberdiplomatlar hazırlanacaq" - Osman Gündüz

Azərbaycanda kiberdiplomatlar hazırlanacaq.   Sfera.az xəbər verir ki, bu barədə  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat ...

Ana olmağa hazırlaşan aktrisa podiuma çıxdı - VİDEO

Türkiyənin məşhur aktrisası Pınar Deniz Paris Moda Həftəsi çərçivəsində təşkil olunan “L’Oréal Paris”in dəfiləsində iştirak edib. &nbs...

Zakir Həsənov pakistanlı generalla GÖRÜŞDÜ

General-polkovnik Zakir Həsənov Bakı şəhərində keçirilən ADEX 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizdə səfərdə olan Pakistanın ...

İyirmi altı il əvvəlki cinayətin CƏZASI: Qaradərili İmam EDAM EDİLDİ

ABŞ-də 1998-ci ildə törədilən qətlə görə edama məhkum edilən və Bonne Terre həbsxanasında cəza çəkən 55 yaşlı İmam Vilyams dünən yerli vaxtla saat 18:10-da qətl...

Türkiyədə ağır yol QƏZASI: Ölənlər və yaralananlar var

Türkiyənin İzmir vilayətində üç nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.   Sfera.az NTV-yə istinadən xəbər verir ki, hadisə Konya rayonund...

İsveçdə nikahlarla bağlı 5 il QANUNU: Azərbaycanda da tətbiq edilə bilərmi? - AÇIQLAMA

Bir neçə gün bundan əvvəl İsveçdə nikahların 5 ilə məhdudlaşdırıldığı iddiası sosial mediada gündəm oldu.  Qeyd edildi ki, bu ölkədə yeni qərarla...