Toy karvanında qəza - Xəsarət alan var

Cəmiyyət
19:10 / 10.11.2023
6709
Şəki rayonunda toy karvanında qəza baş verib, bir nəfər xəsarət alıb.
Sfera.az-ın məlumatına görə, hadisə rayonunun Kiçik Dəhnə kəndində baş verib.
Belə ki, toy karvanında hərəkətdə olan iki minik avtomobili toqquşub.
Nəticədə avtomobillərdən birinin sürücüsü 29 yaşlı Vahab Salamov xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo)