Abşeronun başçısı sələfinə rəhmət oxudur
Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Zakir Fərəcova rəhmət oxudur
Sfera.az-ın məlumatın agörə, Politika.Az-a Xırdalandan daxil olan xəbərdə bildirilir ki,xanım icra başçısı əhali ilə qətiyyən maraqlanmır.
Sakinlərin sözlərinə görə, əvvəlki icra hakiminin dövründə heç olmasa vətəndaşları qəbul edib şikayətini dinləyən olardı.
Gülməmmədovanın rəhbərliyi dönəmində Xırdalan bərbad günə salınıb və viran qoyulan şəhərin camaatının sosial problemlərini eşidən yoxdur.
Google-yə bir həmlə axtarış kifayətdir ki, İradə Gülməmmədova ilə bağlı saysız yazılarla rastlaşasan.
Bu yazılarda İradə xanımın təndir biznesindən tutmuş, müxtəlif qanunazidd əməllərindən bəhs olunur.
Maraqlıdır ki, nə İradə xanım özü, nə də ki,Abşeron Rayon İcra Hakimiyyəti bu yazıların heç birini cavablandırmır.
Bu isə məlum səbəblərdən heç də birmənalı qarşılanmır. İndi elə bir vəziyyət yaranıb ki, Abşeron rayonunun qəsəbələrində tullantıların daşınması xərcləri də vətəndaşların cibindən çıxmalı olur.
Politika.Az xəbər verir ki, İradə xanım Abşeronu şəxsi mülkü sayaraq rayon ərazisində boş qalan torpaqları kütləvi şəkildə istismar etməyə başladı.
Burdan əldə etdiyi gəlirlə sakitləşməyən xanım icra başçısı sənədli torpaq sahələrində tikinti aparan sadə vətəndaşları da qaydalarına əməl etməyə məcbur edir.
Belə ki, İradə xanımın istəyi ilə ev tikmək istəyən vətəndaş bir mərtəbə üçün 5000- 10000 manat rüşvət verməlidir. Bu istəyə tabe olmayan vətəndaşın evinin daşı-daş üstə qalmır. Xanım icra başçısının qanunsuz əmri ilə evinin damını vurmaqda olan vətəndaşın evi bir saata sökülür.
Başçının qoçuları tərəfindən həyata keçirilən bu özbaşınalığa keçmiş icra başçısının qohumları da qatılır və İradə xanıma olan "sədaqət”ini nümayiş etdirmiş olurlar. Abşeronda problemlər və rüşvət yığımı təkcə bu deyilənlərlə yekunlaşmır.
Rayon ərazisində yerləşən pay torpaqlarda icra başçısının təyin etdiyi qiymətlərlə satışa çıxarılıb satılmaqdadır. Bu barədə mətbuatda yazıar da çap olunub. Ancaq nəticə verməyib. Xanım başçı prezidentin və sakinlərin ümidlərini doğrultmayıb.






