Prezidentin general rütbəsi verdiyi Namiq Bayramov bu vəzifədə çalışır - DOSYE

Prezidentin general rütbəsi verdiyi Namiq Bayramov bu vəzifədə çalışır - DOSYE

Xəbər verdiyimiz kimi, dünən prezident İlham Əliyev bir sıra hərbi qulluqçuları general rütbəsi ilə təltif edib. Onlar arasında polkovnik Namiq Bayramovun da adı var. 

 

Sfera.az-ın məlumatına görə, polkovnik Namiq Bayramov hazırda Hərbi Hava Qüvvələrində Hava Təlim Komandiridir. HHQ ixtisası üzrə kadrların hazırlanması işinə rəhbərlik edir.

 

Bayramov Namiq Süleyman oğlu 20 sentyabr 1971-ci ildə Qarabağlar kəndində anadan olub. O, orta təhsilini 1978-1988-ci illərdə Qarabağlar kənd 2 saylı orta məktəbində alıb. Orta məktəbi bitirdikdən sonra Rusiyanın Smolenks Ali Zenit Raket Mühəndisləri hərbi məktəbinə daxil olub. 1992-ci ildə həmin məktəbi radioelektronika avadanlıqlarının istismarı mühəndisliyi ixtisası üzrə bitirib. 1992-1993-cü illərdə Almaniyada Qərb Qoşunları Qrupunda taqım komandiri vəzifəsində, 1993-cü ilin oktyabr ayından isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edib. Uzun müddət Naxçıvan Muxtar Respublikasında Hava Hücumundan Müdafiə təyinaylı hərbi hissələrdə bateriya komandirinin müavini vəzifəsindən Əlahiddə Ümuçqoşun Ordusunun idarə rəiai vəzifəsinədək şərəfli xidmət yolu keçib. 

 

2019-cu ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində fakültə rəisi, 2021-ci ildən etibarən isə Hərbi Hava Qüvvələrinin idarə heyətində rəhbər vəzifədə xidmət edib. 

 

Namiq Bayramov nümunəvi xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən Uğrunda” medalı, müvafiq olaraq “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı, habelə, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətlərə görə” 1, 2 və 3-cü dərəcəli medallarla təltif olunub. (Manset.az)


OXŞAR XƏBƏRLƏR

Sabah Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycanda avqustun 5-də 41 dərəcəyədək isti gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

İsrail Qəzza məsələsində güzəşt etmir - Səbəb nədir?

İsrail Qəzzaya humanitar yardım dəhlizi açmaq istəmir. Regionda humanitar böhranın daha da dərinləşdiyi bir vaxtda Tel-Əvivin bu addımı, müxtəlif siyasi dairələ...

Ən çox cəza "yeyən" futbol komandalarımız - ADLAR

Misli Premyer Liqasının 2024/2025 mövsümündə futbolçuları ən çox cəzalandırılan komandalar müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, bu barədə Peş...

Tramp Rusiyanı "təriflədi": “Sanksiyalardan yayınmaqda mahirdir"

“Rusiya Ukraynadakı münaqişənin həlli ilə bağlı razılığa gələrsə, ABŞ-nin tətbiq etdiyi sanksiyalardan yayınmaq imkanı əldə edə bilər”.   ...

Ekspertdən xaricdə təhsillə bağlı xəbərdarlıq: "Seçimlərdə diqqətli olun!"

Avqust ayı xaricdə təhsil almaq istəyən abituriyentlər üçün önəmli dövrdür. Bu tarixdə xaricdə təhsil üçün müraciət edənlərin sayı çox olur. Xaricdə t...

İlham Əliyev Ağ Evdə Tramp və Paşinyanla görüşəcək

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.   Sfera.az xəbər ver...