Laçın şəhərində Zəfər Günü münasibətilə Bayraq yürüşü keçirilib

Laçın şəhərində Zəfər Günü münasibətilə Bayraq yürüşü keçirilib
Kateqoriya məlum deyil
T

Laçın şəhərində Zəfər Günü münasibətilə Bayraq yürüşü keçirilib.

 

Sfera.az-ın xəbərinə görə, yürüşdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, “Bakı Abadlıq” MMC-nin rəsmiləri, Laçın sakinləri, hərbçilər, hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib.

 

Bayraq meydanından başlayan yürüş Seyrəngah adlı əraziyə qədər davam edib.

 

Seyrəngahda tədbirin bədii hissəsi keçirilib. Saat 15:00-da isə Laçın bulvarında bayram konserti olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR