Dövlətə məxsus 76 avtomobil hərraca çıxarılacaq

Dövlətə məxsus 76 avtomobil hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti noyabrın 28-də və dekabrın 5-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclar keçirəcək.

 

Sfera.az quruma istinadən xəbər verir ki, ilk hərraca 33 avtomobil çıxarılacaq. İstehsal tarixi 1988-2012-ci illər, start qiyməti 3-22 min manat arasında dəyişən avtomobillər Rusiya, Almaniya və Yaponiya istehsalıdır.

 

Növbəti hərraca isə 43 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin istehsal tarixi 1985-2013-cü illər arasında, start qiyməti 500-13.500 manat arasında dəyişir.

 

Beləliklə, ümumilikdə 76 avtomobil hərraca çıxarılacaq. Onların tam siyahısı ilə //clck.ru/35Uotw linki vasitəsilə tanış olmaq olar.

 

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər behi ödəyərək iştirakçı statusu almaq olar.


OXŞAR XƏBƏRLƏR

Əhalinin NƏZƏRİNƏ: Bu tarixdə günəş tutulması olacaq

Bu ilin ikinci Günəş tutulması oktyabrın 2-də baş verəcək.   Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Sfera.az-a ver...

"ABŞ Ukraynanın NATO-ya üzv olmasını istəmir" - Ərdoğan

ABŞ Ukraynanın NATO-ya üzv olmasını istəmir.   Sfera.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ameri...

Bu təhsil müəssisələrinə 24 mindən çox tələbə QƏBUL OLDU

29 iyul-14 sentyabr tarixlərini əhatə edən 2024/2025-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu 24821 nəfərin qəbul olunması ilə başa...

Bu baş nazirin adı Baydenin qəbul siyahısından çıxarıldı - FOTO

ABŞ Prezidentinin Administrasiyası Gürcüstan Baş naziri İrakli Kobaxidzeni Nyu-Yorkda keçiriləcək ənənəvi qəbula dəvət edilmiş dünya liderlərinin siyahısından ç...

Nişan üzüyü niyə sol əlin adsız barmağına taxılır? - Maraqlı araşdırma

Hər kəsin həyatında özəl günlər xüsusi yer tutur. Onlardan biri də nişandır. Nişan üzüyünün isə sol əlin adsız barmağına taxıldığı hamıya məlumdur. Amma ço...

“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – AYGÜN KAZIMOVA TARİXİ AÇIQLADI

Azərbaycan estradasının əsas ulduzu, Xalq artisti Aygün Kazımova “Kontakt” mənzil uduşlu “Şeş-Qoşa” kampaniyasının final mərhələsində çı...