Abşeron rayonunda şəhidlər yad edilir - FOTOLAR

Abşeron rayonunda şəhidlər yad edilir - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və ordumuzun döyüş əzmi, şəhidlərimizin qəhrəmanlığı ilə xalqımız Vətən müharibəsində düşmən üzərində şanlı qələbə qazandı. Azərbaycanın haqq savaşında sinəsini qabağa verən, torpaqlarımızı yağı düşməndən geri alan Vətən oğulları göstərdikləri qəhrəmanlıqları ilə xalqımızın döyüş əzmini bir daha bütün dünyaya tanıtdırdılar.

 

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan abşeronlu igidlərin bu günlərdə il dönümlərinin qeyd olunması davam etdirilib. Ziyarət və görüşlərdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon içtimaiyyəti iştirak edib. Rayon rəhbərliyi tərəfindən şəhidlərimiz - Vətən Müharibəsi Qəhrəmanı Ağayev Vüqar, Vətən Müharibəsi Qəhrəmanı Allahyarov Şahin Hüseynbala oğlu, Məcidov Səbuhi Ağalətif oğlu, Ələsgərli Zaur Mübariz oğlu, Rəşidov Ziyəddin Arzu oğlu, Quliyev Teymur Zamin oğlu, Əliyev Əli Ələsgər oğlu, Əhmədov Bəhruz Səttar oğlu və Məmmədov İlkin Abdulla oğlunun il mərasəmləri, o cümlədən şəhid Məmmədov Tural Tariyel oğlunun doğum günü ilə əlaqədar məzarları ziyarət edilib, ruhlarına dualar oxunub, şəhidlərimizin ailələri ilə görüşərək onların qayğıları və problemləri ilə maraqlanılıb.

 

O cümlədən Abşeron rayonunun ağsaqqalları və din xadimləri 8 noyabr “Zəfər Günü” ilə əlaqədar Xırdalan şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edərək ruhlarına dualar oxuyublar. 

 

Şəhid ailələri dövlətin diqqət və qayğısını daim hiss etdiklərini vurğulayaraq bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.


OXŞAR XƏBƏRLƏR

"ABŞ Ukraynanın NATO-ya üzv olmasını istəmir" - Ərdoğan

ABŞ Ukraynanın NATO-ya üzv olmasını istəmir.   Sfera.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ameri...

Butəhsil müəssisələrinə 24 mindən çox tələbə QƏBUL OLDU

29 iyul-14 sentyabr tarixlərini əhatə edən 2024/2025-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu 24821 nəfərin qəbul olunması ilə başa...

Bu baş nazirin adı Baydenin qəbul siyahısından çıxarıldı - FOTO

ABŞ Prezidentinin Administrasiyası Gürcüstan Baş naziri İrakli Kobaxidzeni Nyu-Yorkda keçiriləcək ənənəvi qəbula dəvət edilmiş dünya liderlərinin siyahısından ç...

Nişan üzüyü niyə sol əlin adsız barmağına taxılır? - Maraqlı araşdırma

Hər kəsin həyatında özəl günlər xüsusi yer tutur. Onlardan biri də nişandır. Nişan üzüyünün isə sol əlin adsız barmağına taxıldığı hamıya məlumdur. Amma ço...

“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – AYGÜN KAZIMOVA TARİXİ AÇIQLADI

Azərbaycan estradasının əsas ulduzu, Xalq artisti Aygün Kazımova “Kontakt” mənzil uduşlu “Şeş-Qoşa” kampaniyasının final mərhələsində çı...

Gələn il bu şəxslərin maaşı ARTIRILACAQ - Millət vəkili AÇIQLADI

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın artırılacağını bildirib. Əmək və...