Şəhidin ildönümündə atası dünyasını dəyişdi

Şəhidin ildönümündə atası dünyasını dəyişdi

Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyevin atası İnqilab Baxşəliyev vəfat edib.

 

Sfera.az xəbər verir ki, şəhid atası noyabrın 3-də oğlunun üçüncü ildönümü günündə dünyasını dəyişib.

 

Qeyd edək ki, əslən Laçından olan Qərib Baxşəliyev 1977-ci il may ayının 22-də Bakı şəhərində anadan olub, ailənin yeganə oğul övladı idi. O, Vətən müharibəsi zamanı bir neçə rayonun azad olunması uğrunda döyüşlərdə iştirak edib.

 

Noyabrın 3-də Zəngilan istiqamətində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.


OXŞAR XƏBƏRLƏR