Sevil Kərimovaya yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Sevil Kərimovaya yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə müdir təyinatı olub.

 

Nazirlikdən Sfera.az-a bildirilib ki, nazir Adil Kərimlinin müvafiq əmrinə əsasən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Əlifəttah qızı Kərimova şöbənin müdiri vəzifəsinə təyin edilib.

 

Sevil Kərimova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) sənətşünaslıq ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) Təsviri incəsənətin tarixi və nəzəriyyəsi ixtisası üzrə magistr təhsili alıb.

 

O, Azərbaycan Milli İncəsənət Muzeyində müxtəlif vəzifələrdə çalışıb, Azərbaycan Turizm və Menecment Universiteti, ADRA və ADMİU-da pedaqoji fəaliyyət göstərib. 2021-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Sənətşünaslıq və Memarlıq üzrə Ekspert şurasının sədr müavini olub.


OXŞAR XƏBƏRLƏR

Butəhsil müəssisələrinə 24 mindən çox tələbə QƏBUL OLDU

29 iyul-14 sentyabr tarixlərini əhatə edən 2024/2025-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu 24821 nəfərin qəbul olunması ilə başa...

Bu baş nazirin adı Baydenin qəbul siyahısından çıxarıldı - FOTO

ABŞ Prezidentinin Administrasiyası Gürcüstan Baş naziri İrakli Kobaxidzeni Nyu-Yorkda keçiriləcək ənənəvi qəbula dəvət edilmiş dünya liderlərinin siyahısından ç...

Nişan üzüyü niyə sol əlin adsız barmağına taxılır? - Maraqlı araşdırma

Hər kəsin həyatında özəl günlər xüsusi yer tutur. Onlardan biri də nişandır. Nişan üzüyünün isə sol əlin adsız barmağına taxıldığı hamıya məlumdur. Amma ço...

“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – AYGÜN KAZIMOVA TARİXİ AÇIQLADI

Azərbaycan estradasının əsas ulduzu, Xalq artisti Aygün Kazımova “Kontakt” mənzil uduşlu “Şeş-Qoşa” kampaniyasının final mərhələsində çı...

Gələn il bu şəxslərin maaşı ARTIRILACAQ - Millət vəkili AÇIQLADI

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın artırılacağını bildirib. Əmək və...

Avropa Liqasının ilk turuna START VERİLDİ

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin I turuna start verilir.    Sfera.az xəbər verir ki, ilk oyun günündə doqquz qarşılaşma keçir...