Ağstafaya getmək istəyənlərin DİQQƏTİNƏ!

Cəmiyyət
14:10 / 04.11.2023
4316
Bayram günlərində Bakıdan Ağstafaya gecə qatarı ilə səfər etmək mümkün olacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Sfera.az-a verilən məlumata görə, sərnişin tələbatını nəzərə alaraq 7-12 noyabr tarixlərinə əlavə reyslər təyin edib.
Belə ki, 7-11 noyabrda Bakıdan 23:55-də yola düşən qatar Ağstafaya 06:23-də çatacaq.
Məlumata görə, 8-12 noyabrda Ağstafadan saat 09:00-da yola düşən qatar Bakıya 15:29-da çatacaq.
Sərnişinlər biletləri ady.az-dan və kassalardan əldə edə bilərlər.