Azərbaycanda median yaş yüksəlir – SON GÖSTƏRİCİLƏR

Azərbaycanda median yaş yüksəlir – SON GÖSTƏRİCİLƏR

Azərbaycanda əhalinin yaşlanması median yaşın yüksəlməsinə də səbəb olur. 


Sfera.az xəbər verir ki, median yaş orta yaşı ifadə edən indeksdir. Bu elə bir yaşdır ki, əhalinin yarısının yaşı ondan az, qalan yarısının yaşı isə ondan yüksək olur. 
Median yaş əhalinin yaş bölgüsü ilə əlaqəli yeganə indeks hesab olunur. 


Azərbaycan əhalisinin ilbəil yaşlanması səbəbindən median yaş yüksəlir. Statistikaya əsasən, ötən ilin sonunda median yaş qadınlarda 35-ə, kişilərdə 32,8-ə çatıb. Beş il əvvəl median yaş qadınlarda 33,6, kişilərdə 30,9 idi. Otuz il əvvəl isə median yaş qadınlarda 25,8, kişilərdə 23,1 olub.


Median yaşın yüksəlməsi ondan xəbər verir ki, yaşlı əhalinin xüsusi çəkisi artır, cavan əhalinin isə xüsusi çəkisi azalır. 


2012-2013-cü ilə qədər ölkə əhalisinin yarıdan çoxu uşaqlardan və gənclərdən ibarət olduğu halda, hazırda uşaq və gənclərin sayı azlığı təşkil edir. Bunun səbəbi ölkəmizdə doğum səviyyəsinin aşağı düşməsi, ailələrin azuşaqlı olmasıdır. Dinamika göstərir ki, Azərbaycan əhalisinin median yaşında yüksəlmə gələcəkdə də davam edəcək. 


Hazırda dünya üzrə median yaş 32 səviyyəsindədir. Ölkəmizdə median yaşın dünya üzrə orta göstəricidən yüksək olması onu göstərir ki, Azərbaycan əhalisinin yaşı yüksək olan məmləkətlərdən biridir. 


Dünyada median yaş ən yüksək olan ölkə Yaponiya və Almaniyadır. Median yaş Yaponiyada 49, Almaniyada 48-dir. 


Ümumilikdə, Avropada median yaş 40-ın üzərindədir. 


Vasif


OXŞAR XƏBƏRLƏR