Logo

Mülayim hava noyabrın 11-nə kimi davam edəcək

Mülayim hava noyabrın 11-nə kimi davam edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Noyabrın 9-da Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.  Bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 14-17, Bakıda gecə 10-12, gündüz 15-17° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sabah əsasən yağmursuz olacaq.  Səhər bəzi yerlərdə duman qeydə alınacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 10-15° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə isə, noyabrın 11-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR