Audiovizual Şura Xəzər TV-nin efirindəki davaya münasibət bildirdi

Audiovizual Şura Xəzər TV-nin efirindəki davaya münasibət bildirdi

Audiovizual Şura “Xəzər” televiziyasının efirində ekspertlə sosial problemə görə studiyaya gəlmiş şikayətçi arasında baş verən davaya münasibət bildirib.

 

Sfera.az xəbər verir ki, Şuradan “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, məsələ ilə bağlı monitorinq aparılıb.

 

Bildirilib ki, nəticədə proqramın gedişatında xoşagəlməz halın yaşandığı təsdiqini tapıb:

 

“Amma aparıcı və əməkdaşlar vəziyyəti sakitləşdirməyə çalışıblar. Yayımçı tərəfindən qanunvericiliyin pozuntusu halı da baş verməyib. Şura tərəfindən yayımçıya belə halların baş verməməsi ilə bağlı zəruri tövsiyə verilib. Bənzər proqramlarda belə hallar baş verir. Amma əsas odur ki qanunvericilik pozuntusu baş verməsin. Sözügedən yayımçıya hər hansı cəza tətbiq edilə bilməz, çünki pozuntu halı aşkarlanmayıb”.

 

Xatırladaq ki, Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində ekspert Anar Vəziroğlu ilə sosial probleminə görə efirə çıxan şəxs arasında mübahisə yaranıb. Mübahisə daha sonra davaya çevrilib. Tərəfləri verilişin digər qonaqları sakitləşdirib.


OXŞAR XƏBƏRLƏR

Xırdalanda kişi meyiti tapıldı

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yaşayış komplekslərindən birində 48 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, 1977-ci il...

Polis çimərliklərdə 87 uşağı taparaq valideyninə təhvil verib

Yay mövsümündə hava şəraitinin isti keçməsi ilə əlaqədar olaraq əhalinin çimərliklərə, meşəlik və digər istirahət zonalarına kütləvi axını nəzərə alınaraq, Daxi...

İstirahət zonalarında oğurluq edənlər saxlanıldı

Yay mövsümündə hava şəraitinin isti keçməsi ilə əlaqədar olaraq əhalinin çimərliklərə, meşəlik və digər istirahət zonalarına kütləvi axını nəzərə alınaraq, Daxi...

Azərbaycanda ata 5 yaşlı qızına “Lamborghini”ALDI - VİDEO

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.   Sfera.az-a xəbər verir ki, Azərbaycanda ata 5 yaşlı qızının arzusunu reallaşdırıb. &nbs...

Polisə belə təşəkkür etdilər -VİDEO

Çimərlik ərazilərində xidmət aparan polis əməkdaşlarının xidməti istirahətə gələn vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir.    Sfera.az&nb...

İsrail Qəzzanı tam ələ keçirməlidir - Nazir

İsrail Qəzzanı tam ələ keçirməlidir.   Sfera.az xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qüdsdə çıxışında deyib. &...