Növbəti ildən uşaqpulu bərpa edilir? - AÇIQLAMA

Növbəti ildən uşaqpulu bərpa edilir? - AÇIQLAMA

Qarşıdakı günlərdə Milli Məclisdə “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirə olunacağı gözlənilir. Bir neçə ildir büdcə müzakirəsi zamanı deputatlar 2006-cı ildən sonra doğulan bütün uşaqlara verilən uşaqpulu adlı sosial müavinətin bərpasını təklif edirlər.

 

Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, 2021-ci ilin dövlət büdcəsi müzakirə olunanda da bir neçə deputat eyni təkliflə çıxış edib, lakin təkliflərə müsbət cavab verilməyib.



Bəs, növbəti ilin dövlət büdcəsinin müzakirəsi zamanı uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gələ bilərmi?



Milli Məclisin üzvü Fazil Mustafa mövzu ilə bağlı açıqlamasında uşaqlara verilən müxtəlif müavinətlərin artırılmasının müzakirə olunacağını bildirib:

 

"Bununla bağlı ayrıca bir təklifin verilməsi dəfələrlə izah olunub. Uşaqlarla bağlı xeyli müavinət formaları var. Həmin müavinət formalarının artırılması məsələsi gündəmə gətiriləcək. Bilavasitə müavinətlər o zaman artır ki, minimum yaşayış məbləği artsın. Bu artanda ona müvafiq olaraq müavinətlərin artımı nəzərdə tutula biləcək.

 

Çünki müavinətlər minimum yaşayış məbləğinin həddindən aşağı olmamalıdır. Bu baxımdan, bu kimi təkliflər orada nəzərdə tutulacaq.



Konkret uşaqpulu deyilən bir termin yox, ayrı-ayrı müavinət formaları mövcuddur. Uşaqlar üçün müxtəlif müavinət formalarının, əlilliyə, təhsilə görə verilən təqaüd və s. müavinətlərin artırılması məsələsi büdcə müzakirələrində gündəmə gətiriləcək", - deyə deputat əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Xırdalanda kişi meyiti tapıldı

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yaşayış komplekslərindən birində 48 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, 1977-ci il...

Polis çimərliklərdə 87 uşağı taparaq valideyninə təhvil verib

Yay mövsümündə hava şəraitinin isti keçməsi ilə əlaqədar olaraq əhalinin çimərliklərə, meşəlik və digər istirahət zonalarına kütləvi axını nəzərə alınaraq, Daxi...

İstirahət zonalarında oğurluq edənlər saxlanıldı

Yay mövsümündə hava şəraitinin isti keçməsi ilə əlaqədar olaraq əhalinin çimərliklərə, meşəlik və digər istirahət zonalarına kütləvi axını nəzərə alınaraq, Daxi...

Azərbaycanda ata 5 yaşlı qızına “Lamborghini”ALDI - VİDEO

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.   Sfera.az-a xəbər verir ki, Azərbaycanda ata 5 yaşlı qızının arzusunu reallaşdırıb. &nbs...

Polisə belə təşəkkür etdilər -VİDEO

Çimərlik ərazilərində xidmət aparan polis əməkdaşlarının xidməti istirahətə gələn vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir.    Sfera.az&nb...

İsrail Qəzzanı tam ələ keçirməlidir - Nazir

İsrail Qəzzanı tam ələ keçirməlidir.   Sfera.az xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qüdsdə çıxışında deyib. &...