Səhiyyə Nazirliyindən valideynlərə ÇAĞIRIŞ

Səhiyyə Nazirliyindən valideynlərə ÇAĞIRIŞ

"Bağçayaşlı uşaqlar virusa yoluxduqdan sonra onların məktəbəqədər təhsil müəssisəsinə göndərilməsi tövsiyə olunmur".

 

Sfera.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Tərlan Əyyubov deyib.

 

O bildirib ki, sentyabr aylarında bağça və məktəblər fəaliyyətə başladığı üçün həmin vaxt uşaqlar arasında virusa yoluxma halları artır.

 

Tərlan Əyyubovun sözlərinə görə, 4 yaşına qədər olan uşaqlarda immun sistemi daha güclüdür: "Bu yaşdan yuxarı olan uşaqlarda isə əksinə, virusa qarşı mübarizə zəifləyir. Virusa yoluxan uşaqların məktəbə, bağçaya getməsi tövsiyə olunmur. Çünki uşaq virusa yoluxubsa, bunun inkubasiya dövrü var. Ona görə də tam sağalandan sonra uşaq məktəbə və ya bağçaya gedə bilər".

 

Mütəxəssis eyni zamanda valideynləri uşaqlara gigiyena qaydalarını aşılamağa çağırıb.


OXŞAR XƏBƏRLƏR

Xırdalanda kişi meyiti tapıldı

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yaşayış komplekslərindən birində 48 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, 1977-ci il...

Polis çimərliklərdə 87 uşağı taparaq valideyninə təhvil verib

Yay mövsümündə hava şəraitinin isti keçməsi ilə əlaqədar olaraq əhalinin çimərliklərə, meşəlik və digər istirahət zonalarına kütləvi axını nəzərə alınaraq, Daxi...

İstirahət zonalarında oğurluq edənlər saxlanıldı

Yay mövsümündə hava şəraitinin isti keçməsi ilə əlaqədar olaraq əhalinin çimərliklərə, meşəlik və digər istirahət zonalarına kütləvi axını nəzərə alınaraq, Daxi...

Azərbaycanda ata 5 yaşlı qızına “Lamborghini”ALDI - VİDEO

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.   Sfera.az-a xəbər verir ki, Azərbaycanda ata 5 yaşlı qızının arzusunu reallaşdırıb. &nbs...

Polisə belə təşəkkür etdilər -VİDEO

Çimərlik ərazilərində xidmət aparan polis əməkdaşlarının xidməti istirahətə gələn vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir.    Sfera.az&nb...

İsrail Qəzzanı tam ələ keçirməlidir - Nazir

İsrail Qəzzanı tam ələ keçirməlidir.   Sfera.az xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qüdsdə çıxışında deyib. &...