Başqalarının adına şirkət açmaq mümkün olmayacaq - YENİLİK

Başqalarının adına şirkət açmaq mümkün olmayacaq - YENİLİK

Azərbaycanda razılıq və iştirak olmadan başqa şəxslərin adına şirkət açmaq mümkün olmayacaq.


Sfera.az xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini Elşad Mirsalamov bildirib. 


E.Mirsalamov ATV-də yayımlanan “İqtisadi Zona” verilişinə açıqlamasında deyib ki, bir sıra hallarda vətəndaşlar onlara məxsus olan elektron imzaları digər şəxslərə verməklə cinayətkar fəaliyyəti həyata keçirən şəxslər üçün vergidən yayınmağa şərait yaradırlar. Baş İdarənin icraatında olan bəzi işlərin istintaqı zamanı məlum olub ki, vergiləri ödəməkdən yayınmış müəssisələrin rəhbərlərinin və ya fərdi sahibkarların həmin sahibkarlıq fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. 


E.Mirsalamov başqalarının adına şirkət təsis edilməsi zamanı insanların biliksizliyindən və ya digər istəklərindən istifadə edildiyini söyləyib:

 

“Vətəndaşların bu sahədə biliksizliyindən istifadə edən şəxslər müxtəlif yalan vədlərlə, məsələn işəgötürmə, pensiya və ya müavinət düzəltmə, yaxud da kiçik məbləğdə pul ödəməklə onların adlarına elektron imzalar əldə edirlər. Bu imzalar vasitəsilə müəssisələr təsis olunur və VÖEN alırlar. Şirkət təsis edildikdən dərhal sonra isə qısa zaman kəsiyində müxtəlif maliyyə əməliyyatları həyata keçirilir və həmin əməliyyatlara görə yaranan vergi öhdəliyini isə yerinə yetirmirlər”.  


Mövcud vəziyyəti nəzərə alaraq Dövlət Vergi Xidməti başqalarının adına, onların razılığı olmadan şirkət açılmasının qarşısını alacaq. Bu məqsədlə dövlət qurumu daha təhlükəsiz qeydiyyat sistemi yaradacaq. Elektron qeydiyyat biometrik eyniləşdirmə, yəni üztanıma vasitəsilə həyata keçiriləcək. 


Bununla bağlı artıq layihə hazırlanıb və hazırda test mərhələsindədir. Bu yeniliyin tətbiqindən sonra şəxsin adına özünün iştirakı olmadan şirkət yaratmaq mümkün olmayacaq.


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Bu xəstəliklər ağciyər xərçəngi riskini azaldır - Tədqiqat

Amerikalı alimlərin apardığı araşdırmaya görə, allergik rinit və ekzema ağciyər xərçəngi riskini azalda bilər.    Sfera.az xəbər verir ki, tədqi...

Dövlət sərhədində atəş səsləri – İrandan gələn naməlum şəxs…

İyulun 20-də xidmətin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə naməlum şəxsin şübhəli hər...

Yer kürəsinın fırlanma sürəti artıb - Səbəb nədir?

22 iyul 2025-ci ildə Yer öz oxu ətrafında fırlanmasını həmişəkindən bir qədər sürətlə tamamlayacaq. Sürətin artması hesabına günün uzunluğu qısalacaq. 1973-cü i...

Maskın arzusu gerçəkləşdi: “Tesla Diner” restoranı Hollivudda açıldı - FOTO

Dünyanın ən zəngin insanı İlon Maskın illərdir planlaşdırdığı “Tesla Diner & Drive-In” restoranı Hollivudda fəaliyyətə başlayıb.   ...

Oliqarx Plaxotnyuk Yunanıstanda saxlanılıb - FOTO

Moldavanın Demokratlar Partiyasının keçmiş lideri, oliqarx Vladimir Plaxotnyuk Yunanıstanda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Moldova ...

Samir Əzimzadəyüksək vəzifəyə TƏYİN OLUNDU

Hərbi Prokurorluqda yeni təyinat olub.   Sfera.az xəbər verir ki, ədliyyə müşaviri Samir Sərdar oğlu Əzimzadə Azərbaycan Respublikası Hərbi prok...