Gələn il ünvanlı sosial yardım artaraq BU QƏDƏR OLACAQ – MƏBLƏĞ

Gələn il ünvanlı sosial yardım artaraq BU QƏDƏR OLACAQ – MƏBLƏĞ

“Gələn ildən ehtiyac meyarı 246 manatdan 270 manata çatdırılacaq”.

 

Sfera.az bildirir ki, bunu deputat Vüqar Bayramov deyib.

 

Onun sözlərinə görə, yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir:

 

“Ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Eyni zamanda, daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək. Yəni məsələn, ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 800 manatdır. Bu il həmin ailə üçün 1230 manat (5 nəfər X 246 manat) ehtiyac meyarı, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 430 manat (1230 manat- 800 manat) olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda, o, proqram çərçivəsində ayda dövlətdən 430 manat yardım ala bilir”.

 

Deputat bu rəqəmin gələn ildən artacağını vurğulayıb:

 

“Belə ki, həmin ailə üçün ehtiyac meyarı gələn ildən 1350 manata yüksəlir (5 nəfər X 270 manat). Nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda, aldığı aylıq yardım 430 manat deyil, 550 manat (1350 manat- 800 manat) olur. Digər tərəfdən, 2024-cü ildən etibarən ehtiyac meyarının ləğv edilməsi və yalnız yaşayış minimumdan istifadə olunması daha məqsədəuyğun olardı. Bu zaman ünvanlı sosial yardım proqamında da yaşayış minimumu meyarından istifadə etmək daha uyğundur”.

 

Türkan
 


OXŞAR XƏBƏRLƏR

Aygünə görə görünməmiş izdiham: "Hollivud" ulduzları kimi yola saldılar - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün "Küləyə qalib gəl" şüarı altında "Bakı Marafonu 2025" keçirilib.   Sfera.az Mili.az-a istina...

Bu ailələr ayda 100 manat ala bilər – Detallar

Azərbaycanda bəzi aztəminatlı ailələrə müavinət verilir.   Sfera.az Globalinfo.az-a istiadən xəbər verir ki, bu, ailənin ünvanlı sosial yar...

Azərbaycanda 3 yüksək vəzifəyə təyinat oldu

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) hüquq, insan kapitalının idarəolunması və daxili audit departamentlərinin rəhbəri vəzifələrinə təyinat...

Azərbaycanlı müğənni villa qiymətinə təmirsiz ev ALDI

Müğənni Nəfəs maraqlı etiraf edib.   Sfera.az xəbər verir ki, o, barəsində deyilən iddiaları təsdiqləyib.   Məlum olub ki, sənətçi kirayə ...

Həcc ziyarəti üçün ayrılan kvota 99 faiz dolub

Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün ayrılan kvota 99 faiz dolub.   Sfera.az xəbər verir ki, bunu Teleqraf-ın sorğusuna c...

Mənzillərin yarısı ipoteka krediti ilə satılır - "Kreditlə ev almaq qazanclıdır"

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin ümumi məbləği 3,5 milyard manatı keçib. Bununla yanaşı, 549,4 milyon manat məbləğində biznes kreditl...