Azərbaycanda Tibbi İnnovasiyalar Forumu keçiriləcək

Azərbaycanda Tibbi İnnovasiyalar Forumu keçiriləcək

Azərbaycanda Tibbi İnnovasiyalar Forumu keçiriləcək.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında bildirilib ki, tədbir noyabrın 2-dən 4-dək Bakı Ekspo Mərkəzində təşkil olunacaq III Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi (“Medinex”) çərçivəsində baş tutacaq.

 

Qeyd olunub ki, sərgi çərçivəsində həmçinin gözəllik sektoruna aid şirkətlərin iştirakı "Beauty Azerbaijan" adı altında təşkil olunacaq. Sərgilərə, ümumilikdə, 14 ölkədən 100 şirkət qatılacaq. “Medinex” sərgisi yenidən sənaye mütəxəssislərinə və sahibkarlara işgüzar əlaqələri inkişaf etdirmək və yeni əlaqələr qurmaq, aktual məlumatlar mübadiləsi aparmaq və sərfəli müqavilələr bağlamaq imkanı yaradan səmərəli müstəvi rolunu oynayacaq.

 

Vurğulanıb ki, builki sərgilər əlamətdar bir ilə təsadüf edir. Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Sərginin təqdimat zonasında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Tibbi İnnovasiyalar Forumu təşkil olunacaq. Bu il həmçinin tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü qeyd olunur. Sərgidə bu əlamətdar hadisəyə həsr olunan oftalmologiya mövzusunda panel müzakirəsi baş tutacaq.

 

Sərgidə aparıcı yerli və xarici istehsalçılar və distributorlar ölkə klinikalarının təkmilləşdirilməsinə, istehslakçıların tələblərinin ödənməsinə və müalicənin effektivliyinin artırılmasına kömək etmək üçün öz yeni məhsul və xidmətlərini təqdim edəcəklər. İştirakçı ölkələr arasında Azərbaycan, Almaniya, Belarus, Cənubi Koreya, Çin, Əlcəzair, Rusiya Federasiyası, Fransa, Qazaxıstan, Qətər, Misir, Türkiyə və s. ölkələr yer alır. Sərgi ekspozisiyası “Diamed CO", “Arash Medical Company”, “ASMEDİCAL”, “Labservis LTD”, “IHG” (International Health Group), “Biopharmax AFEZCO” kimi mühüm yerli şirkətlərlə yanaşı, müxtəlif ölkələrin ixtisaslaşmış şirkətlərini bir araya gətirəcək. Sərgidə xarici şirkətlərlə yanaşı, tibbi avadanlıqların aparıcı yerli distribütorları, qlobal istehsalçıların tərəfdaşları, eləcə də “Made in Azerbaijan” brendi altında məhsulların yerli istehsalçıları da iştirak edəcəklər. Bu il xüsusi olaraq sərgidə Belarus və Qazaxıstan, bundan başqa, Rusiyanın müxtəlif vilayətləri - Yaroslavl, Moskva, Sverdlovsk vilayətləri, eləcə də Tatarıstan Respublikası öz kollektiv stendləri ilə çıxış edəcəklər.

 

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “Medinex” - 2023" sərgisinin rəsmi dəstəkçisidirlər.


OXŞAR XƏBƏRLƏR

Leyla Əliyevanın dəstəyi ilə qazimizin gözləri əməliyyat olundu - VİDEO

Heydər Əliyev Fondunun dəstəyi ilə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda hər iki gözünü itirmiş Kamran Baxışlıya implant gözlər yer...

"Yatağımın yanında bir Quran var" - Amerikalı məşhur aktyor

“You” serialının ulduzu, məşhur amerikalı aktyor Penn Badqley verdiyi son müsahibədə səsləndirdiyi sözlərə görə gündəmə gəlib. Aktyor gündəlik həyat...

Aİ Rusiya enerji resursundan tam imtina edəcək

Avropa Komissiyası (AK) mayın 6-da Strasburqda Avropa İttifaqının (Aİ) Rusiya enerji resurslarından tamamilə imtina planını təqdim edəcək.    Sf...

Leysan yağacaq, şimşək çaxacaq – Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-dən 6-na keçən gecə və səhər yağış yağacağı, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı və qısa müddətə inten...

Aygünə görə görünməmiş izdiham: "Hollivud" ulduzları kimi yola saldılar - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün "Küləyə qalib gəl" şüarı altında "Bakı Marafonu 2025" keçirilib.   Sfera.az Mili.az-a istina...

Bu ailələr ayda 100 manat ala bilər – Detallar

Azərbaycanda bəzi aztəminatlı ailələrə müavinət verilir.   Sfera.az Globalinfo.az-a istiadən xəbər verir ki, bu, ailənin ünvanlı sosial yar...